İsrail və Livan arasında atəşkəs UZADILDI - ABŞ Dövlət Departamenti elan etdi

İsrail və Livan arasında atəşkəs UZADILDI - ABŞ Dövlət Departamenti elan etdi
15.05.2026 23:28

ABŞ İsrail və Livan arasında atəşkəs rejiminin daha 45 gün müddətinə uzadılacağını elan edib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott "X" sosial şəbəkəsində yazıb.

Vaşinqton bu qərarı tərəflər arasında keçirilən "yüksək məhsuldar" danışıqların nəticəsi kimi qiymətləndirib.

"Aprelin 16-da hərbi əməliyyatların dayandırılması barədə əldə olunmuş razılaşmanın müddəti, gələcək tərəqqiyə nail olmaq məqsədilə daha 45 gün uzadılacaq", - deyə Tommi Piqott bildirib.

Bu bəyanat ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş atəşkəsin qüvvəyə minməsindən bəri İsrailin Livana qarşı davam edən hücumlarına baxmayaraq verilib.

Piqott qeyd edib ki, Dövlət Departamenti siyasi danışıqlar xəttini iyunun 2-3-də yenidən aktivləşdirəcək. O, həmçinin hər iki ölkənin hərbi nümayəndə heyətlərinin iştirakı ilə mayın 29-da Pentaqonda ayrıca bir "təhlükəsizlik xətti" üzrə görüşün başladılacağını anons edib.

"Ümid edirik ki, bu müzakirələr iki ölkə arasında davamlı sülhün təmin olunmasına, bir-birlərinin suverenliyinin və ərazi bütövlüyünün tam tanınmasına, eləcə də ortaq sərhəd boyunca real təhlükəsizliyin bərqərar olmasına töhfə verəcək", - deyə sözçü vurğulayıb.

Qeyd edək ki, sözügedən elan ABŞ-nin vasitəçiliyi ilə Dövlət Departamentində keçirilən danışıqların üçüncü raundundan sonra verilib.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Все новости