İspaniyada kirayəçilər aksiyaya hazırlaşırlar

İspaniyada kirayəçilər aksiyaya hazırlaşırlar
09.04.2026 08:33

İspaniyada kirayəçi birlikləri ölkənin iri daşınmaz əmlak şirkətlərindən biri olan "Alquiler Seguro"nun qanunsuz üsullarla qazanc əldə etdiyini iddia edərək, ölkə üzrə bütün kirayəçiləri “kirayə ödəməmə aksiyası”na qoşulmağa çağırıblar.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, kirayəçi birliklərinin daxil olduğu konfederasiyanın açıqlamasına görə, şirkətin qanunazid tətbiqlərinə qarşı ilk milli kirayə tətilini təşkil etmək üçün kampaniya başladılıb.

Xüsusilə Madrid və Barselona kimi iri şəhərlərdə kirayəçilərin illərdir haqsız ödənişlərə məcbur edildiyi vurğulanıb. Bildirilir ki, kirayə müqavilələri zamanı iki-üç aylıq kirayə məbləğinə çatan vasitəçi haqları, eyni qrupa aid şirkətlər vasitəsilə məcburi sığorta və əlavə ödənişlər, mənzil baxımındakı çatışmazlıqlar və hətta mənzilə baxış üçün 200 avroya qədər tələb olunan ödənişlər kimi hallar geniş yayılıb.

Açıqlamada qeyd olunub ki, bu aksiya ölkə üçün bir ilk olacaq və kirayəçilər təşkilatlanaraq buna qoşulacaqlar.

Digər tərəfdən, İspaniyanın İstehlak Nazirliyi adıçəkilən şirkəti 3,6 milyon avro məbləğində cərimələyib. Qərara əsasən, şirkət həm cərimə ödəyəcək, həm də kirayə prosesində sui-istifadə kimi qiymətləndirilən maddələri aradan qaldıracaq.

Qeyd edək ki, İspaniya Avropa İttifaqında (Aİ) mənzil qiymətlərinin ən çox artdığı ölkələrdən biridir. 2025-ci ilin dördüncü rübündə ölkədə mənzil qiymətləri illik müqayisədə 12,9% artıb, bu da Aİ üzrə orta göstəricidən (5,5%) xeyli yüksəkdir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Все новости