İspaniya İsrailin Madriddəki müvəqqəti işlər vəkilini çağırdı

İspaniya İsrailin Madriddəki müvəqqəti işlər vəkilini çağırdı
21.05.2025 22:50 Dünya

İspaniya Xarici İşlər Nazirliyi İordan çayının qərb sahilindəki Cenin hadisəsi ilə əlaqədar İsrailin Madriddəki səfirliyinin müvəqqəti işlər vəkilini çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə Krallığın xarici işlər naziri Xose Manuel Albares sosial şəbəkədə yazıb.

"İspaniya, Avropa İttifaqı və digər ölkələrin diplomatlarının səfəri zamanı İsrail ordusu tərəfindən qəbuledilməz atəşə cavab olaraq, Madriddəki səfirliyə zəng etdik. Biz aydınlıq və məsuliyyət tələb edirik" nazir qeyd edib.

Qeyd edək ki, hadisədən sonra İsrailin Portuqaliya və İtaliyadakı səfirləri də bu ölkələrin xarici işlər nazirliklərinə çağırılıb.

Bundan əvvəl Fələstinin "WAFA" xəbər agentliyi İsrail əsgərlərinin oradakı fələstinlilərin yaşayış şəraitini görmək üçün Ceninə gələn diplomatik nümayəndə heyətinə və qruplaşmanı müşayiət edən jurnalistlərə atəş açdığını bildirmişdi. Agentliyin məlumatına görə, nümayəndə heyətinə ondan çox ölkə, o cümlədən Rusiya, Türkiyə, Misir, İordaniya və Mərakeşdən, həmçinin Avropa İttifaqından diplomatlar daxil olub.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər