İranda öldürülən qadınların saçları Ermənistana ixrac edilir? — Gömrükdə ortaya çıxan görüntülər dünyanı sarsıtdı

İranda öldürülən qadınların saçları Ermənistana ixrac edilir? —  Gömrükdə ortaya çıxan görüntülər dünyanı sarsıtdı
22.06.2026 11:28

İddialara görə, İran İslam Respublikasında qadınlar dolanışıq məqsədilə saçlarını satmağa məcbur olurlar. 

TodayPress TV xəbər verir ki,  bu barədə "The Jerusalem Post" Ermənistanın İrandan saç qaçaqmalçılığı cəhdinin qarşısını almasından bir neçə gün sonra yazıb.

Ötən həftənin əvvəlində Ermənistan gömrük əməkdaşları Ağarak sərhəd-keçid məntəqəsindən İrandan gələn yük avtomobilində 26 kiloqram çəkisi olan 143 dəstə təbii saç aşkar ediblər.

Ermənistan Respublikasının Dövlət Gəlirləri Komitəsi bildirib ki, saçlar sürücünün kabinəsində, yastıqların içərisində gizlədilib.

"Bəzi şəxslərin təbii saçı qanunsuz şəkildə ölkəyə keçirmək cəhdinin qarşısı alınıb və aşkar edilən saçlar müsadirə olunub. Dövlət sərhədinin quru keçid məntəqələrində fəaliyyət göstərən Gömrük Xidməti və Nəzarət İdarəsinin əməkdaşları İran vətəndaşı barəsində "Gömrük tənzimlənməsi haqqında" qanunun 316-cı maddəsinə uyğun olaraq gömrük qaydalarının pozulması barədə protokol tərtib ediblər", – deyə komitənin açıqlamasında bildirilib.

Komitə qeyd edib ki, son vaxtlar İrandan Ermənistana təbii saç qaçaqmalçılığı cəhdləri artıb. Bildirilib ki, bu ilin yanvar ayından etibarən dövlət sərhədindən ümumilikdə 621 dəstə, yəni 135,7 kiloqram təbii saçın qanunsuz keçirilməsinə yönəlmiş 11 cəhdin qarşısı alınıb.

İranlı fəalların bir çoxu bu saçların yanvar ayında keçirilən etiraz aksiyaları zamanı öldürülən on minlərlə etirazçıya məxsus ola biləcəyini iddia edirlər. 

İnsan hüquqları təşkilatlarının məlumatlarına istinad edən "Iran International" telekanalının keçmiş təhlükəsizlik direktoru Roker Makmillan isə bunun daha çox ağır iqtisadi vəziyyət səbəbindən saçlarını satmağa məcbur qalan qadınlara aid olduğunu düşünür.

Məlumatlı mənbə bildirib ki, bu cür hallara əvvəllər də iqtisadi böhran dövrlərində rast gəlinib.

Makmillan bildirib ki, ağır iqtisadi çətinliklər dövründə qadınların pul qazanmaq üçün saçlarını satması qeyri-adi hal deyil. Onun sözlərinə görə, İslam Respublikası davam edən müharibə, Hörmüz boğazının blokadası, maliyyə sanksiyaları, eləcə də quraqlıq və Mərakeş çəyirtkələrinin hücumu kimi ekoloji böhranlarla üzləşdiyi üçün bir çox iranlının bu dərəcədə çıxılmaz vəziyyətə düşməsi təəccüblü deyil.

Ötən il həm "Rokna News", həm də "Khabar Online" İranda saç ticarətinin genişlənməsi barədə məlumat yayıb. Aprel ayında dərc olunan xəbərlərdə qadınlara saçlarının uzunluğundan və əvvəllər emal olunub-olunmamasından asılı olaraq saçları üçün 2 milyon manatdan 100 milyon tümənədək təklif edildiyi bildirilib.

İran KİV-i 2023-cü ildə də bəzi iranlıların yoxsulluqdan xilas olmaq üçün böyrəklərini, qaraciyərlərini, buynuz qişalarını, sümük iliyini, spermasını və yumurta hüceyrələrini satmağa məcbur qaldıqları barədə məlumat vermişdi.

Qiymət Mahir


ЛЕНТА НОВОСТЕЙ
22 июня 2026
Nəzarətsiz çimərlikdə bədbəxt hadisə: Batan 4 nəfərin ikisi tapıldı - YENİLƏNDİ 15:17 Hüseyn Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi 15:29 İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 11:29 Abituriyentlərin NƏZƏRİNƏ: Bu qrupun keçid balları enəcək 15:14 Azərbaycan-İordaniya münasibətlərində yeni mərhələ: İordaniyalı spikerdən mühüm bəyanat 15:09 Qoşa yarışda böyük UĞUR: Parabadmintonçumuz fəxri kürsüyə yüksəldi 14:56 Putin ortada qalıb: Bilmir Moskva dağılır, yoxsa Rusiya... 14:43 Ukrayna Rusiyanın qulağını dağıtdı - Kosmik rabitə mərkəzi darmadağın edildi - VİDEO 14:35 Avtobusu narkotik təsiri altında sürürlər? Qəza necə baş verdi? 14:15 Müəllim geyimi dərsi yayındırır?: "O qədər çox aksesuar taxırlar ki..." 14:06 Ermənistan təyyarəsinin Rusiyada başına iş gəldi - Aləm qarışdı 13:59 Moskvanın bütün hava limanları BAĞLANDI 13:51 "Sabah"ın Avstriya toplanışındakı rəqibləri bəlli oldu 13:46 Türkmənistan Prezidentindən Azərbaycana böyük ehtiram 13:36 Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər 13:28 Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu - YENİLƏNDİ 13:01 Sabahın hava proqnozu açıqlandı - Neçə dərəcə isti gözlənilir? 13:12 Ukrayna Voroneji bu raketlərlə vurdu - VİDEO 13:10 Baş nazir istefa verdi - VİDEO 12:45 Bəzi çimərliklərdən istifadə məhdudlaşdırıldı 12:44 Türkiyə 6 min kilometrdə olan bütün hədəfləri yox edən "İldırım" ixtira etdi 12:32 Sahibə Qafarova Əli Xameneinin vida mərasimində iştirak edəcək 12:25 "Onlar cəzalandırılmasa, Albertin məzarını aparacağam” - Milli Qəhrəmanın qardaşı DANIŞDI 12:20 Amerika əfsanəsi bitdi – İran tək qlobal gücü sındırdı 12:07 “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirildi 11:56 Все новости