İranda isti hava şəraitinə görə iş yerləri bağlanır

İranda isti hava şəraitinə görə iş yerləri bağlanır
19.08.2025 17:36 Dünya

İranda hökm sürən həddindən artıq isti hava dalğası ölkə üzrə enerji istehlakının kəskin artmasına səbəb olub. Rəsmi qurumlar elektrik enerjisinə olan tələbatı azaltmaq və enerji sistemini qorumaq məqsədilə fövqəladə tədbirlər görməyə başlayıblar.

TodayPress TV xəbər verir ki, bu çərçivədə, 23 avqust Tehran da daxil olmaqla 13 əyalətdə dövlət qurumlarının fəaliyyəti dayandırılacaq. 

Bu əyalətlərə Əlburz, Yəzd, İsfahan, Şərqi və Qərbi Azərbaycan, Kürdüstan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Qum, Kirman, Xuzistan və Şimali Xorasan daxildir. Bayrama tabe olmayan əyalətlərdə isə iş saatları səhər 06:00-dan 11:00-a qədər azaldılıb.

İran Meteorologiya Xidmətinin məlumatına görə, ölkənin cənub və qərb bölgələrində, xüsusilə Xuzistan və İlam əyalətlərində havanın temperaturu 45 dərəcəni keçib, Tehranda isə temperatur 40 dərəcəyə yaxınlaşıb.

Səlahiyyətlilər vətəndaşlara günün isti saatlarında çölə çıxmamağı, birbaşa günəş şüalarından qorunmağı və elektrik enerjisini qənaətlə istifadə etməyi tövsiyə ediblər.

Qeyd edək ki, son həftələrdə İranın müxtəlif bölgələrində gündəlik iki saatlıq elektrik kəsintiləri tətbiq olunur. Bu tədbirlər xüsusilə kondisioner istifadəsinin artdığı dövrlərdə enerjiyə qənaət məqsədi daşıyır. Rəsmilər istilərin davam edəcəyi təqdirdə əlavə məhdudiyyətlərin tətbiq edilə biləcəyini istisna etmirlər.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
02 AVQUST 2026
Putinin generalına sui-qəsd cəhdi - DETALLAR - FOTO 18:22 Sabah sərhədlər açıla bilər - Rubinyan mesaj verdi 17:58 Trampdan sonra hakimiyyətə gəlmək istəyən Vensin önünü nə kəsir? 17:34 Meteohəssas insanların DİQQƏTİNƏ! 17:11 Hacıqabulda dəhşətli qəza: Sürücü sağ qaldı, həyat yoldaşı isə… 16:43 44 meşə yanğını ilə bağlı 6 həbs - Ədliyyə naziri detalları açıqladı 15:54 Yuanın ticarətdəki payı artır - Beynəlxalq ödənişlərdə yeni mərhələ 15:44 Gürcüstan ABŞ ilə münasibətləri yenidən qurur - Baş nazirdən rəsmi açıqlama 15:26 401-ci briqada cənubi Livandan çəkilir? - İsrail ordusu son nəticələri açıqladı 15:21 Xocavənddə mina partladı, əməkdaş yaralandı 15:16 Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi 14:24 "Qəbələ" Artur Mottanı heyətinə qatdı 14:57 Yeni Zelandiyada 5,6 bal gücündə zəlzələ baş verdi 14:17 Tehran Qətərin vasitəçilik iddialarını təkzib etdi: "Hörmüz boğazı açılmayacaq" 14:08 Afrikanın ən böyük nəqliyyat infrastrukturlarından birinə Trampın adı qoyuldu – Detallar 13:47 Avqustun 3-də hava necə olacaq? 12:54 Cənubi Koreyada tarixi anomal isti - Milli rekord yeniləndi 11:48 Tramp və Məhəmməd bin Salman Yaxın Şərqdəki vəziyyəti dəyərləndirdilər 12:25 Kartdan-karta köçürmələrə YENİ LİMİT - Bu tarixdən etibarən... 12:30 Azərbaycan istehsalı olan “Addım” filmi beynəlxalq festivala vəsiqə qazandı 12:09 İsrail Qəzzada HƏMAS-ın iki yüksəkvəzifəli üzvünü hədəf aldı 11:31 Macarıstan tarixdə İLK - Pakş AES fəaliyyətini dayandırır 09:48 İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib 11:03 Ermənistan hökuməti istefa verdi 10:49 Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunur - Rubio elan etdi 09:33 Bütün Xəbərlər