İranda etirazlar tamamilə yatırıldı

İranda etirazlar tamamilə yatırıldı
16.01.2026 20:40

İranda son həftələrdə baş verən kütləvi etirazların təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsindən sonra səngidiyi bildirilir.

TodayPress TV xəbər verir ki, "Reuters" agentliyinin yerli sakinlər və hüquq-müdafiə təşkilatlarına istinadən yaydığı məlumata görə, hazırda ölkənin bir sıra şəhərlərində vəziyyət nisbətən sakitləşsə də, təhlükəsizlik tədbirləri yüksək səviyyədə saxlanılır.

Bəzi mənbələr mitinqlərin tamamilə dayandığını bildirib.

Məlumata əsasən, ABŞ Prezidenti Donald Trumpın son açıqlamalarından sonra Vaşinqtonun İrana birbaşa hərbi müdaxilə ehtimalı azalıb. Ağ Ev rəsmiləri Trampın Tehrana əlavə qan töküləcəyi təqdirdə “ağır nəticələr” olacağı barədə xəbərdarlıq etdiyini bildiriblər. Eyni zamanda, Trampın sözlərinə görə, İranda planlaşdırılan yüzlərlə edam hökmünün icrası dayandırılıb.

Etirazlar dekabrın 28-də yüksək inflyasiya və ağır iqtisadi vəziyyət fonunda başlayıb. Sanksiyalar səbəbilə zəifləyən iqtisadiyyat fonunda baş qaldıran narazılıqlar qısa müddətdə İran İslam Respublikasının 1979-cu ildən bəri üzləşdiyi ən ciddi daxili çağırışlardan birinə çevrilib. Hüquq müdafiəçilərinin məlumatına görə, aksiyalar zamanı minlərlə insan həlak olub və on minlərlə şəxs saxlanılıb.

Norveçdə yerləşən "Hengaw" təşkilatı son günlər açıq kütləvi etirazların keçirilmədiyini, lakin etirazların baş verdiyi bölgələrdə ağır hərbi və təhlükəsizlik nəzarətinin davam etdiyini açıqlayıb. Tehran sakinləri də paytaxtda pilotsuz uçuş aparatlarının uçuşlarının müşahidə olunduğunu və küçələrdə təhlükəsizlik qüvvələrinin sayının artdığını bildiriblər.

ABŞ-də yerləşən HRANA təşkilatının yaydığı məlumata görə, indiyədək ölənlərin sayı 2 600-dən çoxdur, lakin bu rəqəmlər rəsmi Tehran tərəfindən təsdiqlənmir. İran hakimiyyəti isə etirazların xarici qüvvələr tərəfindən təşkil edildiyini iddia edir və ölkədə sabitliyin bərpa olunduğunu bildirir.

Bu fonda Rusiya Prezidenti Vladimir Putin vəziyyətlə bağlı İsrailin baş naziri Benjamin Netanyahu və İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb. Kremlin məlumatına görə, Moskva regionda gərginliyin azaldılması üçün vasitəçilik etməyə hazır olduğunu bildirib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Все новости