İran XİN: "Bəzi ölkələr AEBA-nın hesabatından sui-istifadə edərsə, İran tədbir görəcək"

İran XİN: "Bəzi ölkələr AEBA-nın hesabatından sui-istifadə edərsə, İran tədbir görəcək"
01.06.2025 07:33 Dünya

İran tərəfi Tehranın nüvə fəaliyyəti ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) hesabatından bir sıra ölkələrin sui-istifadə etməsi halında tədbirlər görəcək.

TodayPress TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin "Telegram" kanalında məlumat yayılıb.

“Əgər bir sıra ölkələr İranın AEBA ilə əməkdaşlığından, agentliyin təftiş fəaliyyətinə etibarlı yanaşmasından, yaxud agentliyin Rəhbərlər Şurasının iclasındakı hazırkı hesabatdan sui-istifadə etmək niyyətində olsalar, İran öz qanuni hüquq və maraqlarını qorumaq üçün bu cür yanaşmaya cavab olaraq müvafiq tədbirlər görəcək. Bunun nəticələri və məsuliyyəti bu dövlətlər tərəfindən öz üzərinə götürüləcək”, - bəyanatda bildirilir.

İran həmçinin Fransa, Böyük Britaniya, Almaniya və ABŞ-nin İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək səylərində səmimilikdən məhrum olmaqda ittiham edib.

"Baş direktorun Rafael Qrossinin hazırkı hesabatında yer alan iddialar son onilliklər ərzində bir neçə elan edilməmiş fəaliyyət və yerlərə dair iddialara əsaslanır. Bu, İranın bəyan olunmamış nüvə obyektləri və ya fəaliyyətlərinin olmadığını dəfələrlə bəyan etməsinə baxmayaraq. Eyni zamanda İran AEBA-ya daxil olmaq üçün bütün lazımi şərtləri təmin etmək üçün AEBA ilə əməkdaşlıq edib”, - nazirlik bildirib.

Bundan əvvəl AEBA İranın 60 %-ə qədər zənginləşdirilmiş uranın hasilatını sürətləndirdiyi barədə məlumat vermiş və İranın beynəlxalq agentliklə əməkdaşlığını qeyri-qənaətbəxş adlandırmışdı.

XƏBƏR LENTİ
16 IYUN 2026
Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Bütün Xəbərlər