İran və Çin XİN rəhbərləri tarixi sazişi müzakirə etdilər
İranın xarici işlər naziri Abbas Əraqçi çinli həmkarı Vanq Yi ilə telefon danışığı zamanı ABŞ-İran sazişinin məzmununu müzakirə ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə "Tasnim" agentliyinin məlumat yayıb.
Əraqçi danışıqlar prosesinə, eləcə də müvafiq anlaşma memorandumuna göstərdiyi dəstəyə görə Pekinə təşəkkür edib.
Bəyanatda bildirilib ki, öz növbəsində Vanq Yi anlaşma memorandumunu alqışlayıb və İslam Respublikasının məsələlərin həllində və dialoqun irəlilədilməsində nümayiş etdirdiyi məsuliyyətli və diplomatik yanaşmanı yüksək qiymətləndirib.
O, həmçinin Çinin bu memorandumun icrasını asanlaşdırmağa, regional qarşılıqlı əlaqələri gücləndirməyə və region ölkələri arasındakı qeyri-müəyyənliklərin və çətinliklərin həllinə kömək etməyə hazır olduğunu bəyan edib.
Aysel Mətləb