İngiltərədə qatar qəzasının təfərrüatı məlum oldu

İngiltərədə qatar qəzasının təfərrüatı məlum oldu
24.06.2026 22:10

İngiltərədə iki sərnişin qatarının toqquşması nəticəsində həlak olan maşinistin hadisədən az əvvəl qırmızı işıqda keçdiyi məlum olub.

TodayPress TV xəbər verir ki, bu barədə BBC korporasiyası iyunun 19-da Bedford şəhəri yaxınlığında baş vermiş qəzanın ilkin araşdırma nəticələrinə istinadən məlumat yayıb.

Böyük Britaniyanın Dəmir Yolu Hadisələrinin Araşdırılması İdarəsinin məlumatına görə, 60 yaşlı maşinist Şon Bartonun ölkə dəmir yollarında geniş istifadə olunan avtomatik xəbərdarlıq sistemindən hansı siqnalları aldığı hələlik məlum deyil.

Araşdırma müəyyən edib ki, qatarın əyləcləri toqquşmadan doqquz saniyə əvvəl işə salınıb. Bu da sürətin saatda 76 mildən 49 milə (təxminən 122 km/saatdan 79 km/saatadək) enməsinə imkan verib.

Həmçinin məlum olub ki, ikinci qatar maşinist xəbərdarlıq sisteminin işə düşməsi səbəbindən relslər üzərində qəfil dayanıb. Sözügedən sistem maşinisti qırmızı işıq siqnalı barədə xəbərdar edir, onun reaksiya vermədiyi halda isə təcili əyləclənməni avtomatik aktivləşdirir.

Londona doğru hərəkət edən iki qatarın toqquşması nəticəsində ümumilikdə 100-ə yaxın insan xəsarət alıb. Hazırda 53 nəfər xəstəxanada müalicə olunur, onlardan səkkizinin vəziyyəti ağırdır.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
10 августа 2026
Premyer Liqada yeni mövsümün ilk sınaqları bəlli oldu 15:28 “Delfin” tayfunu Çini vurdu: Yüz minlərlə insan təxliyə edildi 14:17 “Əl-Əhli” Rocer İbanesi buraxmır: yeni müqavilə razılaşdırıldı! 15:06 Məişət zorakılığından zərər çəkən 41 nəfərə dəstək göstərildi – 25-i uşaqdır 14:29 В Болгарии произошел взрыв 14:51 Kayl Uokerdən iddialı açıqlama: “Premyer Liqaya qayıtmalıyıq” 14:44 Mütəxəssislər onu görməzdən gəlir, Bekker isə böyük gələcək vəd edir 14:31 ABŞ silah istehsalını artırır: Pentaqon hərəkətə keçdi 14:04 LeBron Ceyms tarix yazır: bütün xal hədlərində ən gəncdir! 14:55 Цена на нефть выросла 13:54 Hərbi əməliyyatların ANONSU verildi – 14 ölkə müharibəyə qoşula bilər 13:46 Strateji obyektlərin kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları hazırlanacaq 14:00 FIFA-da böhran böyüyür: üç konfederasiyadan araşdırma tələbi 13:43 Ничего не изменилось, но все может измениться... — Куда Пашинян ведет Армению? 13:34 Азербайджан и Украина будут сотрудничать в сфере здравоохранения 13:41 Azərbaycanın Belçikadakı səfiri geri çağırıldı 13:36 Два высокопоставленных чиновника Ирана направляются в Пакистан — ПРИЧИНА ВИЗИТА 13:17 Məmməd Əhmədzadə Azərbaycanın Belçikadakı səfiri təyin edildi 13:34 Azərbaycanın Polşadakı səfiri geri çağırılıb, yenisi təyin olundu 13:31 Azərbaycanın İsveçrədəki səfiri geri çağırıldı 13:28 “Klippers”dən rekord transfer: NBA-nın ən qısa və ən uzunboylusu bir arada! 13:25 “Dinamo”nun məşqçisi “Qarabağ”ın gücünü etiraf etdi 13:11 Lisenziyasız kosmetoloqla bağlı Səhiyyə Nazirliyi hərəkətə keçdi 13:04 Millilərimizdən Türkiyədə böyük hədəf: Qələbə və reytinq xalları! 13:07 Azad edilmiş ərazilərdə 891 mina və sursat zərərsizləşdirildi – 1 581 hektar təmizləndi 12:57 Все новости