Husilər İrana dəstək üçün "Bab əl-Məndəb" boğazını bağlayacaq

Husilər İrana dəstək üçün "Bab əl-Məndəb" boğazını bağlayacaq
15.03.2026 11:21

İranı dəstəkləmək barədə qərar verilərsə, ilk addım ABŞ və İsrailə qarşı dəniz blokadasının rəsmi elan edilməsi ola bilər.

TodayPress TV  "TASS"a istinadən xəbər verir ki, bunu Yəməndəki Ənsar Allah (Husi) üsyançı hərəkatının yaratdığı silahlı qüvvələrin sözçüsü Əbdül Əs-Sovr bildirib.

Onun sözlərinə görə, ABŞ-yə və İsrailə doğru hərəkət edən ticarət və hərbi gəmilər, o cümlədən təyyarədaşıyan gəmilər dayandırıla bilər. Əbdül Əs-Sovr əlavə edib ki, husilər İsrail limanlarına gedən istənilən gəmi üçün Bab əl-Məndəb boğazını tamamilə bağlamağı da nəzərdən keçirirlər.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Hücumlar nəticəsində Tehran da daxil olmaqla ölkənin bir sıra böyük şəhərləri zərbələrə məruz qalıb. Ağ Ev əməliyyatı İran tərəfindən yarandığı iddia edilən raket və nüvə təhdidləri ilə əsaslandırıb.

Buna cavab olaraq İranın İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki hədəflərə qarşı genişmiqyaslı əməliyyat başladığını elan edib. Eyni zamanda Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanında yerləşən ABŞ obyektlərinə də zərbələr endirildiyi bildirilib.

Həmçinin, İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri Ayətullah Əli Xamenei və İslam Respublikasının rəhbərliyində yer alan bir neçə yüksək vəzifəli şəxs həlak olub.

Jalə Rövşən 

TodayPress TV 

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Все новости