“Hörmüz boğazında bircə amerikalı göstərin” - SEPAH ABŞ-ni “ələ saldı”

“Hörmüz boğazında bircə amerikalı göstərin” - SEPAH ABŞ-ni “ələ saldı”
19.08.2026 21:05

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının baş müşaviri Məhəmməd Rza Naqdi ABŞ-nin Hörmüz boğazında mövcudluğu ilə bağlı şübhə yaradıb.

TodayPress TV xəbər verir ki, Naqdi ABŞ-nin Hörmüz boğazını yenidən açacağını açıqlamasına münasibət bildirərək amerikalı hərbçinin bölgədə olduğunu göstərməyi tələb edib.

“Amerikalılar Hörmüz boğazını yenidən açacaqlarını bildiriblər. Bəs Amerika hazırda Hörmüz boğazındadır? Mənə bir amerikalı göstərin. Dünyada bu qədər media var, Hörmüz boğazında bir amerikalını göstərsinlər. Görək, heç olmasa bir nəfəri göstərə biləcəklərmi?” - deyə o bildirib.

Naqdi qeyd edib ki, Hörmüz boğazı strateji əhəmiyyətini heç vaxt itirməyəcək. Onun sözlərinə görə, Fars körfəzi neft və qaz hasilatının əsas mərkəzlərindən biridir.

SEPAH rəsmisi əlavə edib ki, neft quyularını başqa əraziyə köçürmək mümkün deyil. Alternativ olaraq neftin gəmilərlə daşınması əvəzinə boru kəmərlərindən istifadə edilə bilər, lakin belə infrastrukturların da hücumlara qarşı həssas olduğunu vurğulayıb.

“Belə infrastrukturun yaradılması da illər tələb edərdi. Bir çox məhsulun bu yolla daşınması ümumiyyətlə asan deyil. Məsələn, qaz üçün mürəkkəb və bahalı emal və infrastruktur tələb olunur. Buna görə də onların özlərini bu regiondan tamamilə asılı olmayan vəziyyətə gətirə biləcəklərini söyləmək olmaz”, - Naqdi deyib.

Kübra Musayeva

ЛЕНТА НОВОСТЕЙ
19 августа 2026
UEFA Çempionlar Liqası: "Hapoel" - "Sabah" oyunu başladı 23:03 Abbas Əraqçi və Asim Munir son vəziyyəti müzakirə etdilər 22:55 “Hapoel” və “Sabah” matçı üçün heyətlər AÇIQLANDI 22:43 “Azərbaycan və Türkiyə yeni dövlət yaradır, adı isə…” – Saqatelyandan maraqlı İDDİA 22:37 Tramp Kanada ilə ticarət razılaşmasını açıqladı: “Rüsumlar sıfıra endiriləcək!” 22:21 Sudanda yüzlərlə döyüşçü silahları ilə birlikdə təslim oldu 22:13 İran Bolqarıstanı hədəfə alacaq? - Müdafiə naziri cavab verdi 22:02 Elmin Əliyev bürünc medal qazandı 21:52 Ordudakı ard-arda intiharlar Paşinyanı bunu etməyə məcbur etdi 21:48 40 il öncə Qarabağı alovlandıran Aqanbekyan GÜNDƏMDƏ 21:31 Azərbaycandakı bu yol qalib oldu 21:22 Ayxan Cavadov dünya çempionu oldu 21:11 “Hörmüz boğazında bircə amerikalı göstərin” - SEPAH ABŞ-ni “ələ saldı” 21:05 İrəvanın Bakı planı: Ermənistan növbəti 5 ildə nə edəcək? 20:52 Fedorovun təklifi “havada qaldı, raketlərlə toqquşdu” 20:41 Yasamalda 3 can alan yanğınla bağlı ilk məhkəmə - Proses niyə təxirə salındı? 20:25 Tokayev Nazarbayevin “qalıqlarını” yox etməyə davam edir - YENİ QƏRAR 20:14 İxtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq? 19:58 Tramp İrandan danışdı: “Bəlkə də nə vaxtsa…” - VİDEO 19:49 İran Kaliforniyanı öz ərazisi elan etdi - Trampa “şillə” kimi cavab 19:42 Pensiya kapitalı ilə bağlı vətəndaşları sevindirəcək xəbər! 19:30 İki gün əvvəl meyiti tapılan qadın tanınmış aparıcının anası imiş 19:16 Xətaidə yanğın başladı - VİDEO 18:58 İsrail Rusiyanı “arxayınlaşdırdı”: “Ukraynaya silah vermirik” 18:50 Bu gün son gündür - Abituriyentlərin NƏZƏRİNƏ! 18:35 Все новости