Hakan Fidan: "Suriya xalqının yanında olmağa davam edəcəyik"

Hakan Fidan: "Suriya xalqının yanında olmağa davam edəcəyik"
08.08.2025 04:34 Dünya

"Türkiyə ilə Suriya arasındakı əməkdaşlığı bütün sahələrdə dərinləşdirməkdə qərarlıyıq"

TodayPress TV xəbər verir ku, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraa ilə görüşü barədə "X" hesabında etdiyi paylaşımda yazıb.

O, Bəşər Əsəd rejiminin devrilməsindən keçən doqquz ay ərzində üçüncü dəfə Dəməşqdə olduğunu bildirib:

"Hər səfərimdə Suriyanın bir çox sahədə qət etdiyi irəliləyişi şəxsən müşahidə edirəm. Bu gün cənab Şaraa ilə görüşümüzdə ticarət, investisiya, nəqliyyat və enerji də daxil olmaqla, bir çox məsələləri müzakirə etmək imkanımız oldu. Suriyanın yenidən qurulması üçün potensial ikitərəfli və regional addımları qiymətləndirdik. Görüşümüzdə təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirdik. Suriyanın suverenliyinə və siyasi birliyinə qarşı daxili və xarici təhdidləri xüsusilə müzakirə etdik".

Nazir qeyd edib ki, Türkiyə Suriyanın terror təşkilatlarına qarşı mübarizəsini dəstəkləməyə davam edəcək:

"Biz həmçinin Suriyanın şimal-şərqindəki düşərgələrin idarə edilməsi və təhlükəsizliyi ilə bağlı Suriya hökumətinə lazımi yardımı göstərməyə hazır olduğumuzu bir daha bəyan etdik.

Suriya xalqı daha yaxşı gələcək qurmaq üçün bu tarixi fürsətdən istifadə etmək istəyir. Suriya hökuməti ölkəni daha təhlükəsiz, daha sabit və firavan etmək üçün eyni vaxtda çoxsaylı problemlərlə mübarizə aparır. Beynəlxalq ictimaiyyət, xüsusən də ABŞ və Avropa ölkələri bu çətinliklərin öhdəsindən gəlmək üçün əhəmiyyətli dəstək verir. İsrail isə regionumuzda sabitliyi pozmaq siyasəti yeridir. Türkiyə olaraq Suriya xalqının yanında olmağa, onların qanuni gözləntilərini və iradəsini dəstəkləməyə davam edəcəyik".

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər