Gürcüstan XİN Avropa Komissiyasının hesabatını qərəzli adlandırdı

Gürcüstan XİN Avropa Komissiyasının hesabatını qərəzli adlandırdı
04.11.2025 20:40

"Təəssüflə qeyd etmək lazımdır ki, Avropa Komissiyasının Gürcüstanla bağlı hesabatında bir sıra hadisələrə qərəzli qiymət verilib"

TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.

Sənəddə qeyd edilib ki, bu, xüsusən də yerli seçkilərin keçirildiyi 4 oktyabr 2025-ci tarixində Tbilisidə baş vermiş hadisələr zamanı Gürcüstanın dövlət qurumlarına qarşı hücum və zorakılıqlara Avropa İttifaqı institutlarının göz yummasından sonra gözlənilən olub.

Bəyanatda Aİ institutlarının Gürcüstanla bağlı fəaliyyət və bəyanatlarından narahatlıq ifadə edilib.

“Biz Aİ-yə üzvlük məsələsindən siyasi alət kimi istifadə cəhdlərini pisləyirik. Bu, Gürcüstan və Avropa İttifaqı arasında münasibətlərə xələl gətirir”, - sənəddə deyilir.

XİN Gürcüstan hökumətinin Aİ ilə bağladığı sazişlərə sadiq olduğunu, məcburiyyətə deyil, ümumi dəyər və prinsiplərə əsaslanan konstruktiv və qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğunu bildirib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
“Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 Председатель ОБСЕ едет в Баку: Что будет обсуждаться? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Назначен новый заместитель министра — подписано распоряжение 12:38 Какая погода будет завтра? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Взгляды прикованы к визиту Президента Алиева в Среднюю Азию: Азербайджан на пороге спасения мира 11:58 В Барде 79-летний мужчина утонул в канале 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Где Хаменеи? — ЦРУ и МОССАД напали на след верховного лидера 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Все новости