Gürcüstan 36 əcnəbini deportasiya etdi

Gürcüstan 36 əcnəbini deportasiya etdi
30.07.2025 11:36 Dünya

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin aidiyyəti struktur bölmələrinin koordinasiyası ilə son günlər ərzində keçirilən kompleks tədbirlər nəticəsində ölkədən 36 xarici ölkə vətəndaşı deportasiya olunub.

TodayPress TV xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, deportasiya edilən şəxslər Azərbaycan, Banqladeş, Belarus, Misir, Türkiyə, Türkmənistan, Hindistan, İordaniya, İran, Nepal, Nigeriya, Pakistan, Rusiya, Filippin və Çin vətəndaşlarıdır.

Onların hər birinə Gürcüstana giriş qadağası qoyulub.

Qeyd olunur ki, cari ay ərzində Miqrasiya Departamenti digər aidiyyəti qurumlarla birgə həyata keçirilən kompleks tədbirlər nəticəsində ümumilikdə 115 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya edib. 2025-ci ilin ilk yeddi ayında isə deportasiya olunan xarici vətəndaşların ümumi sayı 640 nəfərə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 233 faiz artım deməkdir.

Miqrasiya Departamenti Gürcüstan daxilində qanunsuz miqrasiyaya qarşı mübarizə aparan əsas məsul orqandır. Onun səlahiyyətlərinə ölkə ərazisində hüquqi əsas olmadan yaşayan xarici vətəndaşların müəyyən edilməsi və deportasiya olunması daxildir.

XƏBƏR LENTİ
15 IYUN 2026
Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Bütün Xəbərlər