Falcon 9 İtaliyanın COSMO-SkyMed peykini orbitə çıxardı

Falcon 9 İtaliyanın COSMO-SkyMed peykini orbitə çıxardı
03.01.2026 19:00

Falcon 9 raketi İtaliyanın ikili təyinatlı COSMO-SkyMed peykini orbitə çıxarıb.

TodayPress TV xəbər verir ki, SpaceX şirkətinə məxsus Falcon 9 raketi ikinci nəsil COSMO-SkyMed radar peykini aşağı Yer orbitinə uğurla yerləşdirib.

Peyk İtaliya Kosmik Agentliyi və İtaliya Müdafiə Nazirliyi tərəfindən idarə olunacaq.

Buraxılış Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri Bazasından həyata keçirilib. Təxminən 13 dəqiqə sonra 2,2 tonluq peyk 619 kilometr yüksəklikdə nəzərdə tutulan orbitə çıxarılıb və altı peykdən ibarət bürcə qoşulub.

COSMO-SkyMed peykləri həm mülki, həm də hərbi məqsədlər üçün istifadə olunur. Onlar dəniz nəqliyyatının izlənməsi, təbii fəlakətlərin monitorinqi, ətraf mühitin qorunması, kənd təsərrüfatı və iqlim tədqiqatlarında mühüm rol oynayır. Eyni zamanda milli təhlükəsizlik sahəsində də tətbiq edilir.

Bu buraxılış Falcon 9 raketinin 21-ci uçuşu olub. Missiyadan sonra raket Kaliforniyadakı LZ-4 eniş meydançasına uğurla enib.

Jalə Rövşən 

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Убил жену, после чего пошел в полицию и во всем признался — ПОДРОБНОСТИ 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 В Татарстане произошел взрыв на нефтехимическом комплексе 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 Все новости