Ər-Riyad qorxuya düşdü: Husilərlə müharibədən yayınmaq üçün gizli hərəkətə keçdi
Səudiyyə Ərəbistanı husilərlə (“Ənsar Allah”) yenidən alovlanan qarşıdurmanın genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaq üçün gizli diplomatik səylər həyata keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb.
Nəşr yazır ki, Ər-Riyad neft sənayesini və ölkə iqtisadiyyatını qorumaq məqsədilə husilərlə Oman vasitəçiləri üzərindən dolayı danışıqlar aparır.
Bununla yanaşı, diplomatik cəhdlərin nəticə verməyəcəyi təqdirdə Səudiyyə Ərəbistanının hərbi variantları da nəzərdən keçirdiyi bildirilir.
ABŞ rəsmiləri isə qeyri-rəsmi kanallar vasitəsilə Ər-Riyadı genişmiqyaslı hərbi cavabdan çəkinməyə çağırıb. Onlar xəbərdarlıq ediblər ki, Səudiyyə Ərəbistanı ilə husilər arasında daha genişmiqyaslı münaqişə qlobal gəmiçilik və enerji bazarlarında ciddi pozuntulara səbəb ola, hətta Babül-Məndəb boğazının tam bağlanmasına gətirib çıxara bilər.
Kübra Musayeva