DİQQƏTÇƏKƏN YAXINLAŞMA: İrəvan-Kiyev görüşündə dron məsələsi gündəmdə

DİQQƏTÇƏKƏN YAXINLAŞMA: İrəvan-Kiyev görüşündə dron məsələsi gündəmdə
06.05.2026 11:28

Aİ sammiti çərçivəsində Nikol Paşinyan ilə Volodimir Zelenski arasında görüş keçirilib.

TodayPress TV xəbər verir ki, rəsmi məlumata əsasən, tərəflər Ermənistan–Ukrayna ikitərəfli əməkdaşlığının inkişaf perspektivlərini müzakirə edib, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə həmçinin regional və qlobal proseslər ətrafında fikir mübadiləsi aparılıb, sabit və davamlı sülhün təşviqinin əhəmiyyəti qeyd olunub.

Görüşdən sonra açıqlama verən Zelenski bildirib ki, tərəflər regiondakı vəziyyəti, təhlükəsizlik çağırışlarını və təhdidləri müzakirə ediblər. O, iqtisadi tərəfdaşlığın inkişafına toxunaraq İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin bərpasını və növbəti iclasın bu il Kiyevdə keçirilməsini təklif edib.

Məlumata görə, görüşdə müdafiə sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Görüşdə iştirak edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin pilotsuz uçuş aparatları sahəsində təcrübə mübadiləsində maraqlı olduğunu bildirib və Ukrayna təcrübəsini yüksək qiymətləndirib.

Zelenski Ukraynanın müxtəlif məqsədlər üçün pilotsuz uçuş aparatlarının istehsalı imkanlarını təqdim etdiyini və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını qeyd edib.

Tərəflər qeyd olunan məsələlər üzrə məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər. Bildirilir ki, 2025-ci ilin yayında Ermənistanın xüsusi təyinatlı bölmələri Ukraynada PUA-ların istifadəsi üzrə qısamüddətli təlimlərdə iştirak ediblər.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Все новости