Danimarka və ABŞ Qrenlandiya ilə bağlı işçi qrupu yaradacaq

Danimarka və ABŞ Qrenlandiya ilə bağlı işçi qrupu yaradacaq
15.01.2026 02:34

Danimarka və ABŞ Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etmək üçün yüksək səviyyəli işçi qrupu yaradacaqlar.

TodayPress TV xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lekke Rasmussen bildirib.

"Biz hesab edirik ki, bu qrup Danimarka Krallığının "qırmızı xətləri"nə hörmət etməklə yanaşı, ABŞ-nin təhlükəsizlik problemlərinin həlli yollarının tapılmasına diqqət yetirməlidir. Gözləyirik ki, qrup ilk iclasını bir neçə həftə ərzində keçirəcək", - deyə o bildirib.

Eyni zamanda, nazir qeyd edib ki, Danimarka və Qrenlandiyanın ərazi bütövlüyünün pozulması tamamilə qəbuledilməz olardı:

"Lakin biz ABŞ-nin Qrenlandiyaya sahib olmaq istəyindən əl çəkməyə inandıra bilmədik. Ada hazırda və yaxın gələcəkdə Danimarka Krallığının tərkibində qalacaq".

Rasmussen həmçinin ABŞ-nin Qrenlandiya yaxınlığında Çin Xalq Respublikasının (ÇXR) hərbi mövcudluğu ilə bağlı iddialarını təkzib edərək dənizdə belə bir halın 10 il əvvəl müşahidə olunduğunu bildirib. O qeyd edib ki, Danimarka və Qrenlandiya ABŞ-nin adanın təhlükəsizliyi ilə bağlı istənilən sorğusuna konstruktiv şəkildə baxmağa hazırdır.

1951-ci il müdafiə müqaviləsinə əsasən, ABŞ-nin artıq Qrenlandiyaya geniş hərbi çıxışı var və onlar hər zaman adadakı mövcudluğunu artırmaq üçün müraciət edə bilərlər. Bu səbəbdən ABŞ-nin hər hansı əlavə sorğusunun olub-olmadığını eşitmək istərdik. Bu baxımdan, biz hər hansı belə bir sorğuya konstruktiv şəkildə baxacağıq", - deyə o bildirib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 "США не победили, Иран не проиграл" — пишет Рамиз Юнус... 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Все новости