Çin Avropa bizneslərindən dəstək almağa başladı

Çin Avropa bizneslərindən dəstək almağa başladı
20.05.2025 13:27 Dünya

ABŞ prezidenti Donald Trampın rəhbərliyi dövründə yenidən alovlanan Çin-ABŞ ticarət müharibəsi Pekini Avropa biznesi ilə əməkdaşlığa can atmağa vadar edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Çin rəsmiləri Avropa İttifaqının (Aİ) biznes nümayəndə heyətlərinə daha isti münasibət göstərməyə başlayıb.

Agentliyin mənbələrinin bildirdiyinə görə, Çin son həftələrdə Avropadan gələn nümayəndə heyətlərini əvvəlki illərlə müqayisədə daha yüksək səviyyədə qəbul edir. Artıq bir sıra iş adamları Çinin yüksək rütbəli siyasətçiləri ilə görüşlərə çıxış imkanı əldə edib. Rəsmilər isə onlara yeni güzəştlər və əməkdaşlıq vədləri ilə çıxış edirlər.

Əvvəllər isə Avropa biznes nümayəndələri Çində qərarverici şəxslərlə görüş üçün müraciət etsələr də, bu cəhdlər çox vaxt nəticəsiz qalırdı.

Əməkdaşlıq mesajlarının kulminasiyası isə Çin Xalq Respublikasının sədri Si Cinpinin Danimarka Ticarət Palatasına ünvanladığı məktub olub. Çin lideri məktubda Palataya daxil olan bütün şirkətləri Çin ilə Avropa arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə verməyə çağırıb və Çini xarici investisiyalar üçün ideal məkan kimi təqdim edib.

Bununla belə, "Bloomberg" qeyd edir ki, Avropa ekspertləri və ticarət rəsmiləri Pekinin bu təşəbbüslərinə hələ də ehtiyatla yanaşırlar. Vaşinqtonun Çinlə gərgin münasibətləri Avropa ilə Pekin arasında yeni fürsətlər yaradıb, lakin Çinin dövlət tərəfindən dəstəklənən iqtisadi modeli və subsidiyalar kimi əsaslı fikir ayrılıqları hələ də qalır.

Avropa ölkələri həmçinin ABŞ ilə münasibətlərdəki böhrana görə Çin mallarının Avropa bazarına axınının sürətlənməsindən narahatdır. Aprel ayında Çinin Avropa İttifaqı ilə ticarət balansı rekorda çatıb, bu isə Aİ-nin rəqabət qabiliyyətinin azalacağına dair narahatlıqları haqlı çıxarır.

Töhfə Səməd

XƏBƏR LENTİ
01 AVQUST 2026
9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Bütün Xəbərlər