Birini arxa qapıdan, digərini ön qapıdan qırmızı xalça ilə...

Birini arxa qapıdan, digərini ön qapıdan qırmızı xalça ilə...
14.05.2026 12:12

ABŞ Prezidenti Donald Trampın  Pekinə  rəsmi  səfəri zamanı protokol qaydalarının qaldırılması və təmtərahlı qarşılanma mərasimi   Barak Obamanın 2016-cı il Çin səfərində yaşanan hadisələri yenidən gündəmə gətirib.

TodayPress TV  xəbər verir ki, diplomatik protokollarda kəskin fərq  gözdən yayınmayıb.

Belə ki, 2016-cı ildə Obama G20 sammitində iştirak etmək üçün Çinin Hançjou şəhərinə eniş edərkən diqqətçəkən protokol insidenti yaşanmışdı. “Air Force One” üçün ənənəvi mobil trap təqdim edilmədiyi üçün Obama təyyarənin əsas ön çıxışı əvəzinə alternativ çıxışdan istifadə etmişdi. Hadisə həmin dövrdə beynəlxalq mediada geniş rezonans doğurmuşdu. 

Aradan keçən illərdən sonra isə Trampın Çin səfəri ilə bağlı yayılan görüntülər yeni müqayisələrə səbəb olub. Sosial mediada paylaşılan kadrlarda qırmızı xalça, rəsmi qarşılama mərasimi və daha geniş protokol elementləri ön plana çıxarılıb. Bu görüntülər fonunda istifadəçilər Pekinin Vaşinqtonla münasibətlərində simvolik diplomatik mesajlar verdiyini iddia edirlər.

Beynəlxalq münasibətlər üzrə müşahidəçilər qeyd edirlər ki, dövlət başçılarının hava limanında qarşılanma forması vacib  siyasi mesaj kimi də qəbul oluna bilər. Obama dövründə yaşanan “trap böhranı” hələ də ABŞ–Çin diplomatik münasibətlərində ən çox xatırlanan protokol hadisələrindən biri hesab olunur.

Jalə Rövşən 

TodayPress T

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Все новости