"Bayraktar Kızılelma" tarixə düşdü

"Bayraktar Kızılelma" tarixə düşdü
30.11.2025 12:30

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan "Bayraktar Kızılelma" növbəti tarixi uğura imza atıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Anadolu" mlumat yayıb.

Bildirilib ki, "Bayraktar Kızılelma" Sinop sahillərində həyata keçirilən sınaqda görmə məsafəsindən uzaqda hava-hava raketi ilə reaktiv mühərrikli hava hədəfini vurub. Beləliklə, "Bayraktar Kızılelma" dünyada bunu edən ilk pilotsuz döyüş təyyarəsi olub.

Ssenariyə uyğun olaraq buraxılan yüksək sürətli reaktiv mühərrikli hədəf dronu, "Bayraktar Kızılelma" üzərində yerləşən ASELSAN müdafiə sənayesi şirkətinin hazırladığı URAD AESA radarı tərəfindən aşkar edilib və izlənilib.

Radar hədəfi dəqiq müəyyən etdikdən sonra pilotsuz döyüş təyyarəsi qanadının altında daşıdığı GÖKDOĞAN Beyond Visual Range hava-hava raketini atıb. Atılan raket reaktiv mühərrikli hədəfi vurub.

Dünyadakı pilotsuz döyüş təyyarələri layihələrinin böyük əksəriyyəti əsasən havadan yerə missiyalar üçün nəzərdə tutulub. Odur ki, bu günə qədər hələ heç bir pilotsuz platforma havada olan hədəfə atəş açmaq qabiliyyətinə nail olmayıb. "Bayraktar Kızılelma" isə uğurlu sınaq nəticəsində ilk və yeganə platforma olmaqla aviasiya tarixində yeni bir dövrə qədəm qoyub.

İlk dəfə 2022-ci ilin avqustunda Samsun şəhərində keçirilən "Teknofest" aerokosmik sərgisində təqdim olunan "Kızılelma" Türkiyənin səsdən sürətli qırıcı PUA-sıdır və MIUS pilotsuz döyüş təyyarəsi kompleksi layihəsinin bir hissəsi kimi hazırlanıb. PUA-nın uçuş kütləsi təxminən 6 tondur ki, bunun da təxminən 2 tonu faydalı yükdür. "Kızılelma" 12 kilometr yüksəklikdə 5-6 saat uça bilir. Kompaniyanın məlumatına görə, SATCOM şəbəkəsi ilə işləmək qabiliyyəti sayəsində PUA-nın uçuş diapazonu məhdudiyyətsizdir.

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Все новости