Köçəryanı son mənzilə köçürdürlər - Baş Prokurorluq həbs üçün icazə istədi

Köçəryanı son mənzilə köçürdürlər - Baş Prokurorluq həbs üçün icazə istədi
17.06.2026 10:02 Dünya

Ermənistan Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyasından (MSK) bəzi müxalif namizədlərə qarşı cinayət işinin açılması üçün icazə istəyir.

TodayPress TV xəbər verir ki, bu barədə “Joqovurd” məlumat yayıb.

“Baş Prokurorluq “Ermənistan” blokunun lideri, parlament seçkilərində namizəd Robert Köçəryan, parlament seçkilərində namizəd Asatur Köçəryan və Ruslan Barseqyana, eləcə də “Güclü Ermənistan” partiyasının parlament seçkilərində namizədi Davit Qazinyana qarşı cinayət işinin başlanmasına icazənin verilməsi üçün MSK-ya müraciət edib.

Məlumata görə, Robert Köçəryan məsələsində söhbət yeni cinayət işindən gedir. Amma Baş Prokurorluğun MSK-ya hansı əsaslarla müraciət etdiyi hələlik məlum deyil. MSK də ərizənin məzmununu açıqlamır”, - nəşr yazıb.

Mənbə xatırladıb ki, seçki kampaniyası zamanı Baş nazir Nikol Paşinyan dəfələrlə Robert Köçəryan, Qaqik Sarukyan və Samvel Karapetyanın məsuliyyətə cəlb edilməli olduğunu bildirib. Məlumata görə, müxalifətin nüfuzlu simalarına qarşı yeni məhkəmə prosesləri başlada bilər. Qeyd edilən şəxslər barəsində bu çərçivədə həbs qətimkan tədbirlərinin seçiləcəyi də istisna edilmir.

Xatırladaq ki, Ermənistan müxalifətinin liderləri - Robert Köçəryan, Samvel Karapetyan, Qaqik Sarukyan, Narek Karapetyan və digərlərinin ölkədən çıxışlarına qadağa qoyulub.

Jalə Rövşən 

XƏBƏR LENTİ
17 IYUN 2026
Rusların kölgə donanması Britaniya sahillərində ingilislərə atəş açdı - İmperiya silkələndi 13:31 Autizmli uşaqlar diqqətdən kənarda qalmadılar: Onlar üçün turnir keçirildi - FOTO 13:29 Erməni uşaq türkə tüpürdü, Paşinyanın bu çıxışı gündəm oldu - VİDEO 13:26 Kremlin strateji tərəfdaşlıq nağılı bitir? Putin fərqli düşünür, deputat isə Pekini ittiham edir! 13:21 Məşhur memardan tənqid: "Vandallar Bakını sökür" 13:09 İbrahim Mbaye dünya çempionatlarında qol vuran ən gənc afrikalı futbolçu oldu 13:12 İnternet oyunlarına baxıb müəllimini güllələyən şagirdlə bağlı xəbər Azərbaycanda GÜNDƏM oldu 12:56 12:53 12:45 Nazirin xalasıoğlu öldürüldü - Ölkəni şoka salan QƏTL - VİDEO 12:44 Psixiatriya müayinəsinə dair yeni tənzimləmə müəyyənləşir 12:47 Sabahın havası açıqlandı - Neçə dərəcə istilik olacaq? 12:29 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 12:20 Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçiriləcək 12:13 Sürücülərin DİQQƏTİNƏ: Maşından düşərkən pusqu sizi gözləyir - VİDEO 12:13 TƏCİLİ! Xəzərdə zəlzələ oldu 12:01 Zəngəzur Dəhlizi “Turan Yolu” adlandırılır - Baxçalıdan möhtəşəm TƏKLİF 11:58 Alen Simonyan evlənir 11:55 "Araz-Naxçıvan" Ülvi İsgəndərovla yeni müqavilə imzaladı 11:39 Müəllimlərin sertifikasiya imtahanları başladı - YENİLƏNDİ 11:30 Ukrayna Rusiyanı öz nefti ilə yandırır 11:28 “BƏƏ tolerantlığı: köklü bir irs və dayanıqlı bir baxış” adlı tədbir keçirildi 11:15 I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır 11:07 Azərbaycan XİN İslandiyanı təbrik etdi 11:00 İnanılmaz: İran nüvə bombasından da güclü silah əldə etdi! 10:45 Bütün Xəbərlər