“Azərbaycan-Ermənistan məsələsi aydın idi, bəs bu?” - Tokayev Rusiya-Ukrayna müharibəsindən danışdı
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya-Ukrayna müharibəsinin səbəblərini başa düşmədiyini bildirib.
TodayPress TV xəbər verir ki, Tokayev bu münaqişənin mahiyyətinin bir çoxları, o cümlədən Qazaxıstan üçün tam aydın olmadığını deyib.
O bildirib ki, Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişənin tarixi kökləri və səbəbləri aydın idi. Lakin Rusiya ilə Ukrayna arasındakı müharibənin mahiyyətini anlamağın daha çətin olduğunu vurğulayıb.
“Əgər Azərbaycan və Ermənistan arasında münaqişə var idisə, onun mənşəyi və səbəbləri bizim üçün tam aydın idi, çünki tarixə söykənirdi. Amma burada vəziyyəti anlamaq çox çətindir”, - deyə Tokayev qeyd edib.
Kübra Musayeva