Avstraliyada rekord istilər: 106 min ev işıqsız qaldı

Avstraliyada rekord istilər: 106 min ev işıqsız qaldı
27.01.2026 19:15

Avstraliyanın cənub-şərqində müşahidə olunan qeyri-adi isti hava səbəbindən Viktoriyada ən azı 106 min evdə elektrik enerjisi kəsilib.

TodayPress TV xəbər verir ki, bu barədə ştatın energetika naziri Lili D'Ambrosio məlumat verib.

Nazirin sözlərinə görə, rekord istilər fonunda Viktoriyada son 17 ilin ən yüksək elektrik tələbatı qeydə alınıb. Kəsintilərə səbəb kimi güclü istilər, meşə yanğınları, ağacların elektrik xətlərinə düşməsi və avadanlıqların həddindən artıq qızaraq sıradan çıxması göstərilir. Əlavə briqadalar enerjinin bərpası üçün ərazilərdə çalışır.

Yerli “The Age” qəzeti yazır ki, kəsintilərin böyük hissəsi "AusNet" şirkətinin şəbəkəsində baş verib və 40 mindən çox müştəri işıqsız qalıb. Bölgədəki bütün enerji təchizatçıları artan tələbat səbəbilə problemlər yaşandığını bildiriblər.

Həddindən artıq istilər idmana da təsir edib. Melburnda Avstraliya Açıq tennis turnirinin bəzi oyunları dayandırılıb, açıq kortlar bağlanıb.

Meteoroloqların məlumatına görə, Viktoriyada və Cənubi Avstraliyada temperatur 48-49 dərəcəyə qədər yüksəlib. Mütəxəssislər isti və quru havanın həftənin sonunadək davam edəcəyini, meşə yanğınları riskinin artdığını bildirirlər. Bu səbəbdən bəzi bölgələrdə od yandırmaq və meşələrə giriş qadağan edilib

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Все новости