Almaniyada sığınacaq müraciətlərinin sayı 45 faiz azaldı

Almaniyada sığınacaq müraciətlərinin sayı 45 faiz azaldı
05.07.2025 23:10 Dünya

2025-ci ilin ilk yarısında Almaniyada sığınacaq almaq üçün müraciət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 44,9 faiz azalıb.

TodayPress TV xəbər verir ki, bu barədə Federal Miqrasiya və Qaçqınlar İdarəsinin (BAMF) statistikası açıqlanıb.

Belə ki, cari ilin ilk altı ayında 61 336 nəfər Almaniyada ilk dəfə, 11 482 nəfər isə təkrar sığınacaq müraciəti edib. Halbuki 2024-cü ilin ilk yarısında bu göstərici ümumilikdə 132 201 nəfər təşkil edirdi.

Azalmanın əsas səbəbləri kimi Almaniyanın bütün sərhədlərində gücləndirilmiş yoxlama tədbirləri, Balkan ölkələrinin qeyri-qanuni miqrasiyaya qarşı atdığı addımlar və Suriyada yaranmış yeni siyasi vəziyyət göstərilir.

Son illərdə sığınacaq üçün müraciət edənlərin əsas hissəsini Suriyadan gələnlər təşkil edirdilər. Lakin ötən ilin sonunda Suriyada baş verən hakimiyyət dəyişikliyindən sonra bu ölkədən edilən müraciətlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Belə ki, bu ilin ilk yarısında Suriyadan 15 127, Əfqanıstandan isə 15 181 sığınacaq müraciəti qeydə alınıb.

Avropa İttifaqının Sığınacaq Agentliyinin (EUAA) hələ rəsmi şəkildə dərc olunmayan hesabatına əsasən, Almaniyada 2025-ci ilin ilk yarısında ümumilikdə 65 495 sığınacaq müraciəti qəbul olunub. Bu göstərici ilə Almaniya Aİ-də üçüncü yerdə qərarlaşıb. İlk iki yeri İspaniya (76 020 müraciət) və Fransa (75 428) tutur. Siyahıda onları İtaliya (62 534) və Yunanıstan (27 718) izləyir.

Ən aşağı müraciət sayı isə Macarıstan (47), Slovakiya (84) və Litvada (152) qeydə alınıb.

XƏBƏR LENTİ
11 AVQUST 2026
Gəncədə yol keçmək istəyən iki nəfəri avtomobil vurdu 18:45 Kim daha yaxşı donuz səsi çıxarır? Fransada qəribə yarışın qalibi seçildi 18:32 ABŞ-da Azərbaycanla bağlı mühüm görüş - Nələr müzakirə edildi? 18:22 Husilərə “komanda” verən İran imiş - Yəməndən İDDİA 18:14 Özbəkistan TƏCİLİ hərəkətə keçdi: Tatarıstana xüsusi qrup göndərildi 18:06 Erməni deputat: TRIPP layihəsi ilə bağlı İranla razılaşmışıq 17:49 Ermənistan Azərbaycandan qaz almaq istəyir 17:44 Lənkəranda meşədən iki nəfərin meyiti tapıldı 17:32 ABŞ İran blokadasını yarmaq istəyən gəmini vurdu 17:28 Axundzadə gəlməmiş komandada kütləvi ayrılıq başladı! 17:07 Kolumbiyada zəlzələdən sonra daha 5 təkan: Dağıntılar altında axtarışlar davam edir 16:37 Paşinyanın qızı nazirlikdə işləməyə başladı 17:00 Bakıda bir ildir itkin düşən qadının skeleti tapıldı, oğlu saxlanıldı 17:20 Rusiya bu ölkə ilə hərbi təlimlərə start verdi 16:49 Antonellinin gələcəyi parlaqdır! Kulthard onun üstünlüyünü açıqladı 16:42 ABŞ və Polşa birgə silah istehsal edəcək 16:33 Çempion meydana çıxır! NBA-də yeni mövsümün açılış oyunları bəlli oldu 16:37 Qarpız və qovunu kimlər ehtiyatla yeməlidir? 16:20 Usta kimi işlədiyi evi soydu 16:25 Əraqçi: İran bütün dünyanı təəccübləndirdi 16:10 Maxaçevə böyük etiraf: “Bütün çəki dərəcələrini fəth edir!” 16:12 Günəş tutulması İspaniyada fəlakətlərə yol açacaq - PROQNOZ 15:49 Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 100-ü keçdi - YENİLƏNDİ 08:36 Dünya rekordçusundan vida! Polina Rəhimova millidə son oyunlarına çıxacaq 15:53 Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi oldu 15:49 Bütün Xəbərlər