Almaniyada ictimai nəqliyyat işçiləri tətil keçirir

Almaniyada ictimai nəqliyyat işçiləri tətil keçirir
02.02.2026 11:26

Almaniyada keçirilən tətil səbəbindən ölkənin Aşağı Saksoniya əyaləti istisna olmaqla, bütün federal torpaqlarda avtobusların, tramvayların və metro qatarlarının hərəkəti dayandırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə “DW” nəşri məlumat yayıb.

Bildirilib ki, Aşağı Saksoniyada yerli nəqliyyatın fəaliyyəti davam edir. Buna səbəb həmin əyalətdə təxminən 5 min nəqliyyat işçisinin mövcud tarif sazişi qüvvədə olduğu müddətdə tətil keçirməmək öhdəliyinə riayət etməsidir.

Qeyd olunub ki, yaranmış vəziyyət evdən işləmək imkanı olmayan müəssisə əməkdaşları, eləcə də məktəbə getmək məcburiyyətində olan şagirdlərin valideynləri üçün ciddi çətinliklər yaradıb. Dərslərə davamiyyət nəqliyyatın fəaliyyətindən asılı olmayaraq məcburi sayılıb. 

Vəziyyəti daha da ağırlaşdıran amillərdən biri isə hava şəraitidir. Almaniya Meteorologiya Xidmətinin açıqlamasına əsasən, ölkənin bir sıra bölgələrində buzlu yağış və yolların sürüşkən olması gözlənilir.

Məlumata görə, tətil regional qatarların hərəkətinə təsir etməyib. “Deutsche Bahn” şirkətinin açıqlamasında bildirilib ki, “Ver.di” həmkarlar ittifaqı Berlin, Hamburq, Münhen, Ştutqart, Köln, Nürnberq və Reyn-Mayın bölgəsindəki tramvay müəssisələrinin, eləcə də regional və uzaqməsafəli qatar operatorlarının maraqlarını təmsil etmədiyi üçün həmin nəqliyyat vasitələrinin fəaliyyəti dayandırılmayıb.

Qeyd edək ki, “Ver.di” həmkarlar ittifaqı Almaniyanın bütün federal torpaqlarında kommunal müəssisələri təmsil edən işəgötürən birlikləri ilə tarif danışıqları aparır. İttifaq iş vaxtının istirahət günlərində azaldılmasını, daha qısa növbələrin və daha uzun fasilələrin tətbiqini, eləcə də gecə və həftəsonu işlərinə görə ödəniş əlavələrinin artırılmasını tələb edir.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Дезинформация угрожает нашей общественной жизни — Президенту пришлось вмешаться 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Кувейт сбил иранские беспилотники 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Саудовская Аравия ударила по Ираку, чтобы победить Иран — ЗАПУЩЕН НОВЫЙ СЦЕНАРИЙ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Академик, сын расстрелянного Сталиным дворянина, возродивший нефтяную промышленность СССР: Мидхат Аббасов — 100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Орден, которым награжден президент: кому еще он вручался? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 В клинике Vital Hospital, в подвале которой был обнаружен мертвый плод, проведена проверка 14:56 Все новости