Aİ Rusiya ilə dialoqa hazırlaşır: Kallasın rolu nə ola bilər?

Aİ Rusiya ilə dialoqa hazırlaşır: Kallasın rolu nə ola bilər?
11.05.2026 22:04

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas gələcəkdə Rusiya ilə mümkün danışıqlarda Aİ-ni təmsil edə biləcəyini istisna etməyib.

TodayPress TV xəbər verir ki, Kallas bu barədə Aİ Şurasının iclasından sonra keçirilən mətbuat konfransında danışıb.

O, Aİ adından əsas danışıqlar aparan şəxs olub-olmayacağı ilə bağlı suala cavab verərkən hüquq sahəsindəki təcrübəsini xatırladıb. Kallas bildirib ki, danışıqlar prosesində qarşı tərəfin qura biləcəyi “tələləri” görmək qabiliyyətinə malikdir.

“Mən əmək fəaliyyətimin yarısını hüquqşünas kimi keçirmişəm, hüquq şirkətində tərəfdaş olmuşam və çoxsaylı danışıqlarda iştirak etmişəm”, - deyə o vurğulayıb.

Bununla yanaşı, o qeyd edib ki, Avropa İttifaqı Rusiya ilə sülh danışıqları üçün vahid tələblər formalaşdırmalıdır. Onun sözlərinə görə, hazırda Moskva hələ də səmimi dialoqa hazır olduğunu nümayiş etdirmir.

Kallasın fikrincə, indiki mərhələdə Aİ sülh danışıqlarına başlamaq üçün uyğun mövqedə deyil. O vurğulayıb ki, üzv dövlətlər arasında Rusiyaya qarşı hansı şərtlərin irəli sürülməsi ilə bağlı müzakirələr davam edir.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 “Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Дезинформация угрожает нашей общественной жизни — Президенту пришлось вмешаться 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Кувейт сбил иранские беспилотники 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Саудовская Аравия ударила по Ираку, чтобы победить Иран — ЗАПУЩЕН НОВЫЙ СЦЕНАРИЙ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 Все новости