AEBA: İranda zərbələrdən sonra radiasiya artımı qeydə alınmayıb

AEBA: İranda zərbələrdən sonra radiasiya artımı qeydə alınmayıb
02.03.2026 13:57

İsrail və ABŞ-nin İrana endirdiyi zərbələrdən sonra Yaxın Şərqdə radiasiya səviyyəsində artım qeydə alınmayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi Rusiyanın təşəbbüsü ilə çağırılan agentliyin İdarəçilər Şurasının xüsusi sessiyasında bildirib.

Qrossinin sözlərinə görə, hazırda İranla həmsərhəd ölkələrdə radiasiya səviyyəsi orta fon göstəricisindən yüksək deyil. Bununla yanaşı, AEBA-nın məlumatına əsasən, İranın nüvə obyektlərinə, o cümlədən Buşehr Atom Elektrik Stansiyasına və Tehran tədqiqat reaktoruna zərbə endirilməsi ilə bağlı təsdiqlənmiş məlumat yoxdur.

AEBA rəhbəri qeyd edib ki, İranın nüvə proqramı ilə bağlı uzunmüddətli həll yalnız diplomatik yolla mümkündür və agentlik istənilən vaxt bu prosesdə öz rolunu oynamağa hazırdır.

O, həmçinin nüvə obyektlərinə hücumların qəbuledilməz olduğunu vurğulayıb və bütün tərəfləri vəziyyətin daha da gərginləşməməsi üçün maksimum təmkin göstərməyə çağırıb.

Bununla belə, AEBA İranın nüvə tənzimləyici qurumu ilə əlaqə yaratmağa çalışsa da, hələlik bu istiqamətdə nəticə əldə olunmayıb.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 Задержан гражданин Азербайджана, подозреваемый в шпионаже в пользу КСИР 13:10 Председатель ОБСЕ едет в Баку: Что будет обсуждаться? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Назначен новый заместитель министра — подписано распоряжение 12:38 Какая погода будет завтра? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Взгляды прикованы к визиту Президента Алиева в Среднюю Азию: Азербайджан на пороге спасения мира 11:58 В Барде 79-летний мужчина утонул в канале 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Все новости