ABŞ Qasım Süleymaninin qardaşı qızını həbs etdi

ABŞ Qasım Süleymaninin qardaşı qızını həbs etdi
04.04.2026 20:20

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin iki ailə üzvü həbs olunub. 

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. 

Qeyd olunub ki, 2020-ci ildə ABŞ tərəfindən öldürülən iranlı generalın qardaşı qızı Həmidə Süleymani Əfşar və onun qızının daimi yaşayış icazələri də ləğv edilib. 

Onlar Marko Rubionun əmrindən sonra federal agentlər tərəfindən həbs olunub və hazırda İmmiqrasiya və Gömrük Mühafizəsinin nəzarətindədirlər. 

ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, "media xəbərlərinə və sosial mediada dərc olunan şərhlərə görə, Həmidə Süleymani Əfşar İranın totalitar və terrorçu rejiminin açıq şəkildə dəstəkçisidir".

Onun artıq silinmiş "İnstagram" hesabındakı paylaşımlarda Los-Ancelesdə dəbdəbəli bir həyat sürdüyü qeyd olunurdu.

Süleymaninin daimi yaşayış icazəsi ləğv edilməklə yanaşı, həyat yoldaşının ABŞ-yə girişi də qadağan edilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Все новости