ABŞ-nin Rusiya siyasətində dönüş: Trampın mövqeyini dəyişən şəxslər

ABŞ-nin Rusiya siyasətində dönüş: Trampın mövqeyini dəyişən şəxslər
17.07.2025 12:46 Dünya

ABŞ-nin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq və dövlət katibi Marko Rubio ölkə prezidenti Donald Trampın Rusiya siyasətini sərtləşdirməsində həlledici rol oynayıblar.

TodayPress TV xəbər verir ki, bu barədə Britaniyanın "The Daily Telegraph" nəşri ABŞ Konqresindəki üç mənbəyə istinadla məlumat yayıb.

Bildirilib ki, son aylarda Respublikaçı Partiyanın tərəfdarları Trampı Moskva ilə bağlı daha qəti mövqe tutmağa təşviq etmək üçün kuluar səviyyəsində təzyiqlər göstəriblər. Kelloq bu prosesdə əsas fiqurlardan biri olub. O, əvvəllər Ukrayna münaqişəsinin həlli üzrə Rusiya ilə aparılan danışıqlardan kənarlaşdırılmış və onun yerinə prezidentin digər elçisi Stiv Uitkoff təyin edilmişdi. Lakin Uitkoff İranla nüvə danışıqlarında ilişib qaldığından, Kelloq yenidən ön plana çıxıb. Mənbələrdən biri qeyd edib: “Kelloq hazırda siyasi yüksəliş mərhələsindədir. O və Rubiо Moskva ilə bağlı yeni yanaşmanı irəli sürürlər”.

Tramp iyulun 14-də bəyan edib ki, Vaşinqton Ukraynaya silah və hərbi texnika verməyə davam edəcək, əgər bu təchizatın xərclərini Avropa qarşılayarsa. Təchizatın koordinasiyasını NATO həyata keçirəcək. "CNN"in məlumatına görə, ABŞ yalnız “Patriot” sistemlərini deyil, həm də qısa mənzilli raketlər və haubitsalar üçün sursatları NATO üzvü olan ölkələrə verə və onlar vasitəsilə Ukraynaya göndərə bilər.

Töhfə Səməd

XƏBƏR LENTİ
14 AVQUST 2026
Tramp ABŞ donanmasında “keçmişə dönüş” əmri verdi 01:56 Türklər kosmosu “fəth etməyə” hazırlaşır 01:42 Trampın kürəkəni İsrailə yollanır - Qəzzada nə baş verir? 01:18 Bakı-Sumqayıt yolunda zəncirvari qəza tıxac yaratdı - VİDEO 00:45 İsrailin “canına qorxu düşdü” - İran yenidən silahlanır 00:41 Pakistandan Hindistana XƏBƏRDARLIQ: “2025-ci ilin mayından daha sarsıdıcı olacaq!” 00:19 Məşhur şadlıq sarayı müsadirə olunaraq, hərraca çıxarıldı 23:55 Sürücülərin NƏZƏRİNƏ! Bu küçələr sabahdan bağlı olacaq 23:44 Qurban Qurbanov: “Rəqibi topsuz qoymağa çalışırdıq” 23:33 III qrup üzrə keçid balları AÇIQLANDI 23:28 “Qarabağ”ın pley-offdakı rəqibi Niderlanddandır 23:15 Tramp gömrükdə “deşik” tapdı və bağladı: 800 dollarlıq güzəşt ləğv edildi 23:06 Fidan Netanyahunun fələstinlilərlə bağlı dəhşətli planından danışdı 22:55 ABŞ-nin İrana qarşı yeni planı üzə çıxdı: Növbəti hədəflər bunlar ola bilər 22:42 Türkiyədə erməni məktəblərində yoxlama başladı: Şagirdlər təcili köçürülür 22:27 44 yaşlı kişi kəsici alətlə öldürüldü - Şübhəli 16 yaşlıdır 22:18 UEFA Konfrans Liqası: "Qarabağ" pley-offa yüksəldi - VİDEO 20:08 Xocavənddə güclü yanğın başladı - VİDEO 22:03 Azərbaycan XİN mina partlayışları ilə bağlı paylaşım etdi 21:59 Fransada yanğınsöndürənlər ayağa qalxır – Ümummilli səfərbərlik elan olundu 21:56 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin son sayı AÇIQLANDI 01:21 Rusiyanın HHM raketi Qara dənizə düşdü - VİDEO 21:23 İngiltərədə sərnişin qatarı relsdən çıxdı 21:16 Yaxın Şərqdəki ABŞ gəmisində nə baş verir? – Senator cavab tələb etdi, nazir danışdı 21:05 Hörmüz boğazında "asan hədəf" - ABŞ PUA-larının 25%-ni itirdi 20:51 Bütün Xəbərlər