ABŞ NATO-dan Hörmüz planı tələb edir

ABŞ NATO-dan Hörmüz planı tələb edir
09.04.2026 11:14

ABŞ NATO müttəfiqlərindən Hörmüz boğazında təhlükəsizliklə bağlı planlar istəyib.

TodayPress TV "Bloomberg"ə istinadən xəbər verir ki, Vaşinqton müttəfiqlərdən bir neçə gün ərzində konkret təkliflər təqdim etməyi tələb edib.

Məlumata görə, ABŞ tərəfi Avropa ölkələrinin boğazda gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün konkret öhdəliklər götürməsini istəyir.

Bildirilir ki, bu məsələ Ağ evdə keçirilən görüşlərdə müzakirə olunub və burada NATO-nun baş katibi Mark Rutte də iştirak edib:

“Vaşinqton müttəfiqlərin yalnız hazır olduqlarını bildirməsini deyil, konkret plan təqdim etməsini gözləyir”.

Qeyd olunur ki, məsələ həmçinin Pentaqon və Dövlət Departamentində keçirilən görüşlərdə də gündəmə gətirilib.

Buna baxmayaraq, atəşkəs elan edilsə də, İran və İsrail arasında zərbələr davam edir və Hörmüz boğazı faktiki olaraq bağlı qalır.

Məlumata görə, müttəfiqlərin bu qədər qısa müddətdə konkret plan təqdim edib-etməyəcəyi sual altındadır.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
“Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Все новости