ABŞ-dən Türkiyəyə tərif: "Nümunə götürməlidirlər"
ABŞ-nin NATO yanında səfiri Metyu Uitaker Türkiyənin müdafiə sənayesinin imkanlarını yüksək qiymətləndirərək ölkəni alyansın ən bacarıqlı müttəfiqlərindən biri adlandırıb.
TodayPress TV-nin məlumatına görə, Uitaker bildirib ki, Türkiyə həm öz təhlükəsizliyinin, həm də tərəfdaşlarının təhlükəsizliyinin təmin olunmasına sadiq olan “inanılmaz dərəcədə bacarıqlı müttəfiqdir”.
Onun sözlərinə görə, ABŞ-nin digər müttəfiqləri də öz sənaye bazalarını inkişaf etdirmək baxımından Türkiyədən nümunə götürməlidirlər.
ABŞ rəsmisi Türkiyənin müdafiə-sənaye kompleksinin nailiyyətlərinə misal olaraq ölkənin gəmiqayırma sənayesini göstərib. O qeyd edib ki, Türkiyə tərsanələri eyni vaxtda təxminən 50 gəmi inşa etmək imkanına malikdir.