ABŞ Aİ-nin "Google"un cərimələnməsi qərarına cavab verəcək

ABŞ Aİ-nin "Google"un cərimələnməsi qərarına cavab verəcək
06.09.2025 00:45 Dünya

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqının (Aİ) "Google" şirkətinə 3,5 milyard dollar cərimə tətbiq etmək qərarına cavab olaraq müvafiq tədbirlər görəcəyini bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə Tramp özünün "Truth Social" sosial şəbəkə hesabında məlumat verib.

"Bu gün Avropa daha bir iri Amerika şirkəti - "Google"a 3,5 milyard dollar məbləğində zərbə vurdu, əslində, bu pullar ABŞ-də investisiyalara və iş yerlərinin yaradılmasına yönəldilə bilərdi", – deyə Tramp qeyd edib.

"Biz bu cür parlaq və misilsiz Amerika ixtiraçılığına qarşı addımlara göz yuma bilmərik. Əgər bu baş verməyə davam edərsə, məcbur qalıb 1974-cü il Ticarət Qanununun 301-ci maddəsi üzrə proseduru başladacağam ki, vergi ödəyən Amerika şirkətlərinə qarşı tətbiq edilən ədalətsiz cərimələri neytrallaşdırım", – deyə o bildirib.

Qeyd edək ki, 301-ci maddə ABŞ Prezidentinə digər ölkələrin Amerikanın ticarətinə mənfi təsir göstərən və ya beynəlxalq sazişlərə zidd olan siyasət və hərəkətlərinə qarşı gərəkli tədbirlər görmək, o cümlədən gömrük rüsumlarını artırmaq hüququ verir.

Xatırladaq ki, daha əvvəl Avropa Komissiyası "Google" şirkətini onlayn reklam bazarında dominant mövqeyindən sui-istifadə etdiyinə görə 2,95 milyard avro məbləğində cərimələyib.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 Bütün Xəbərlər