Bilbao turu “Qarabağ”ın qırılma nöqtəsi olacaq

Bilbao turu “Qarabağ”ın qırılma nöqtəsi olacaq
17.10.2025 12:11 UEFA

Qayıdır. “Qarabağ”ın ürəyi qayıdır. “Qarabağ”ın maestrosu Marko Yankoviç “Atletik Bilbao” ilə oyunda heyətdə olacaq. Əla xəbərdir. Komanda “Atletik”lə oyuna daha ümidli gedəcək. Bilbao turu çempionumuzun qırılma nöqtəsi olacaq. Marko “Nuevo San-Mames” qayıdışını qol və ya asistlə taclandırar. “Qarabağ” burdan da xalla qayıtsa, o zaman durum əla olacaq.

Bu arada İspaniyanın nüfuzlu “Mundo Deportivo” nəşri UEFA Çempionlar Liqasının III turunda Bilbao təmsilçisinə “Qarabağ”la oyun “Atletik” üçün həyati əhəmiyyət daşıyır” yazısını həsr edib.

Bildiirilir ki, “Atletik” milli komandaların oyunlarına görə yaranan fasilədən sonra həm La Liqada, həm də Avropada vacib oyunlara çıxacaq. “Qırmızı-ağlar” əvvəlcə səfərdə, La Liqada cari mövsümün sürpriz komandası sayılan “Elçe”nin qonağı olacaq, çərşənbə günü isə “ Nuevo San Mames”də Azərbaycan çempionu “Qarabağ”la görüşəcək.

Bilbaolular Avropa turnirinə uğursuz start veriblər – ilk iki oyundan sonra aktivlərində xal yoxdur. Bu səbəbdən “Qarabağ”la oyun komanda üçün həyati əhəmiyyət daşıyır. Uğursuz nəticə “Atletik”in “ilk 24-lük” şanslarını xeyli azaldacaq”. 

Azərbaycan çempionu isə hazırda Çempionlar Liqasında möhtəşəm çıxış edir. Qurban Qurbanovun komandası iki turdan sonra maksimum xal toplayıb. Səfərdə “Benfika”ya (3:2), evdə isə “Kopenhagen”ə (2:0) qalib gələn “Qarabağ” pley-off mərhələsinə yüksəlmək yolunda böyük addım atıb.

İspaniya çempionatında “Mayorka” üzərində qələbə “Atletik”də psixoloji durumu yaxşılaşdırsa da, Ernesto Valverde hələ də zədələr səbəbindən seçim baxımından məhdudiyyətlə üzləşir. Mütəxəssisin Sanset, İnyaki Uilyams, Berenguer və Vesqa kimi “şirlər”i  zədədən yeni qayıdıblar, Niko Uilyams və Paredes isə tam hazır deyil. Komandada fasilə dövründə yüklənmə tənzimlənsə də, bu futbolçuların ardıcıl iki matçda oynaması ehtimalı azdır.

Buna baxmayaraq, mütəxəssis İspaniya mətbuatına açıqlama verib ki, futbolçularıma tapşırıq vermişəm, “Qarabağ”a daha çox qol vursunlar. Hətta 9 qol vursunlar. Avropa səviyyəli peşəkar məşqçinin qeyri-peşəkar çıxışı təəccüb doğurur. Valverde kimi özündən razıları çox görmüşük. Və sonda peşman olanları da çox olub. 

Bir sözlə, nəticələri yaxşı olmayan Bilbaonu futbolçulu, ya da azarkeşli təkərə salmaq olar. Burdan alınacaq xal, “Qarabağ”ın özünə inamını birə-iki artıracaq. “Köhlən atlar” sonradan “Çelsi”, “Napoli”, “Ayaks”, “Ayntraxt” və “Liverpul”dan da xal ala bilərlər. 

Bu il “Qarabağ”ın ilidir. Komanda rəqiblərini dördnala çaparaq xallar alıb qrupdan çıxacaq.        

Oktyabrın 22-də Bilbao şəhərində keçiriləcək “Atletik” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Namiq HUN

XƏBƏR LENTİ
30 IYUL 2026
"Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bütün Xəbərlər