Türkiyənin Qara dəniz bölgəsində 3 məşhur turizm marşrutu

Türkiyənin Qara dəniz bölgəsində 3 məşhur turizm marşrutu
06.08.2025 12:55 Turizm

Təmiz havası, zümrüd rəngli meşələri və sakit çimərlikləri ilə Türkiyənin Qara dəniz bölgəsi tipik yay tətili anlayışına unikal bir alternativ təqdim edir.

TodayPress TV xəbər verir ki, bu bölgənin ən qiymətli xəzinələri isə sərin yaylaqlarda gizlənir. Yay aylarında yerli əhalinin köç etdiyi bu yaylaqlarda ənənəvi evlərdə qalmaq imkanı səyahətçilərə həm təbiətin qoynunda, həm də fərqli bir həyat tərzi ilə tanış olmaq şansı yaradır. Eyni zamanda bu yüksəkliklərdəki sərin iqlim fiziki və ruhi baxımdan yenilənmək istəyənlər üçün ideal istirahət vəd edir.

Qara dəniz bölgəsi təkcə təbiəti ilə deyil, həm də zəngin mədəni irsi, yerli mətbəxi, xalq festivalları və çay ənənələri ilə də seçilir. Göz oxşayan şəlalələr, sıx meşələr, dənizkənarı şəhərlər və qədim abidələrlə dolu bu coğrafiya, açıq hava fəaliyyətləri ilə də səyahətçilərin diqqətini çəkir.

İndi isə gəlin, bu bölgədə yay tətilinizi unudulmaz edəcək üç möhtəşəm turizm marşrutuna nəzər salaq:

1. Qərbi Qara dəniz: Təbiət və mədəniyyətin qovuşduğu sakit şəhərlər

Səyahətinizə İstanbuldan cəmi 4 saatlıq məsafədə yerləşən Boludan başlaya bilərsiniz. Yedigöller Milli Parkının sıx meşələri və “Cittaslow” statusuna malik Göynük və Mudurnu qəsəbələri burada sizi qarşılayır. Boluya yaxın Karabük şəhərində isə UNESCO-nun Dünya İrsi Siyahısında yer alan və eyni zamanda “sakit şəhər” statusuna malik yeganə şəhər – Safranbolu yerləşir. Tarixi taxta evləri ilə tanınan bu şəhər açıq hava muzeyi hesab olunur.

Kastamonu bölgəsində isə sizi nadir memarlıq nümunələri, xüsusilə Mahmud Bəy məscidi və tarixi malikanələr qarşılayacaq. Daday isə təbiətə yaxınlığı və sakit atmosferi ilə fərqlənir.

Qara dənizin yeganə təbii liman şəhəri olan Sinopda İnceburun (Türkiyənin ən şimal nöqtəsi), Sinop qalası və Gerze kimi mədəni və təbii məkanlar sizi gözləyir.

Samsun isə həm tarix, həm də təbiət baxımından zəngin dayanacaqdır. Türkiyə Respublikasının İstiqlal Mübarizəsinin başladığı şəhər olaraq önəmli yer tutan Samsunda Bandırma Vapurunun replikası və UNESCO-nun namizəd siyahısına daxil edilmiş Kızılırmak Deltası Quş Sığınacağı yerləşir.

2. Şərqi Qara Dəniz Yaylaları: Sərinlik və mistika dolu təbiət macərası

Qara dənizin şərqində yerləşən Ordu və Giresun bölgələri Lonely Planet tərəfindən “2025-ci ilin ən yaxşı səyahət istiqamətləri” siyahısına daxil edilib. Orduya səfər edənlər Çambaşı, Perşembe və Keyfalan kimi yaylaqlarda saf təbiət və təmiz hava ilə qarşılaşırlar. Perşembe qəsəbəsində yerləşən və Cittaslow statusuna malik Yason Burnu isə qədim mifologiyalara söykənən əfsanəsi ilə maraq doğurur.

Giresunda Kümbet, Bektaş və Sis Dağı yaylaları dumanlı mənzərələri və sükunəti ilə tanınır. Bu bölgənin ən maraqlı xüsusiyyətlərindən biri isə Kuşköy kəndində hələ də yaşadılan və UNESCO tərəfindən qorunan unikal “ıslıq dili”dir.

Trabzon bölgəsi həm mədəni, həm də təbiət sərvətləri ilə seçilir. Maçka–Şolma, Lustra və Karester kimi yaylalar bənzərsiz mənzərələr təqdim edir. Burada yerləşən və qayaların döşündə inşa olunmuş məşhur Sümela monastırı, Ayasofya məscidi və Trabzon qalası bölgənin tarixi dəyərini artırır.

Rize bölgəsində Ayder yaylası, Fırtına dərəsi və Zil qalası kimi təbii və tarixi məkanlar aktiv təbiət turizmi üçün ideal şərait yaradır. Rafting həvəskarları üçün də bölgə xüsusi əhəmiyyət daşıyır.

Qara dənizin son dayanacağı isə Artvindır. Sıldırım dağlar, yaşıl dərələr və hüzur dolu mənzərə ilə əhatələnmiş bu bölgədə Kaçkar və Kafkasör yaylaları, Cittaslow statuslu Şavşat və UNESCO-nun İnsan və Biosfer Proqramına daxil edilmiş Camili Biosfer Qoruğu yerləşir. Uğur-Maral, Efeler və Düzenli dərələri isə unudulmaz təbiət təcrübəsi vəd edir.

3. Qara Dəniz Mətbəxi: Ləzzət və ənənənin dadı

Qara dəniz bölgəsinin zəngin təbiətinə onun mətbəxi də uyğundur. Günə yerli məhsullarla hazırlanmış kuymak (qarğıdalı unu, kərə yağı və pendirlə bişirilən isti yemək) ilə başlamaq ənənədir.

Kələbaş (karalahana) yeməkləri, Qara dəniz hamsisi ilə hazırlanan təamlar bölgənin kulinariya mirasını formalaşdırır. Burada çay içmək sadəcə vərdiş deyil – həyat tərzidir. Rize çayı “dünyanın ən təbii çayı” kimi tanınır və səyahətçilərə çay yığımında iştirak etmək fürsəti də təqdim olunur. Çayın yanında təqdim edilən bölgəyə xas fındıq isə xüsusilə Ordu və Giresun bölgələrində yetişdirilir.

Samsunun pidesi, Safranbolunun lokumu və Trabzonda dadacağınız Hamsiköy sütlacı Qara dəniz mətbəxinin ən yaddaqalan dadlarındandır.

FOTOLAR

Türkiyənin Qara dəniz bölgəsində 3 məşhur turizm marşrutu — 1
Türkiyənin Qara dəniz bölgəsində 3 məşhur turizm marşrutu — 2
Türkiyənin Qara dəniz bölgəsində 3 məşhur turizm marşrutu — 3
Türkiyənin Qara dəniz bölgəsində 3 məşhur turizm marşrutu — 4
XƏBƏR LENTİ
16 IYUN 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 Bütün Xəbərlər