Türkiyənin 22-ci UNESCO İrsi: Sardis və Bintepə

Türkiyənin 22-ci UNESCO İrsi: Sardis və Bintepə
25.07.2025 12:44 Turizm

Türkiyə mədəni irsinin qorunması və davamlı şəkildə gələcək nəsillərə ötürülməsi istiqamətində həm milli təşəbbüslərə dəstək verir, həm də beynəlxalq əməkdaşlıqları uğurla genişləndirir.

TodayPress TV xəbər verir ki, bu istiqamətdə atılan ən son və mühüm addımlardan biri, 2025-ci il 6–16 iyul tarixlərində Fransanın paytaxtı Parisdə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında reallaşıb.

Hələ 2013-cü ildən etibarən UNESCO-nun Gözləmə Siyahısında yer alan Sardis və Bintepə Lidiya Tümülüsü, bu toplantıda rəsmi olaraq Ümumdünya İrsi Siyahısına daxil edilib.

Beləliklə, bu qərarla birlikdə Türkiyənin UNESCO siyahısındakı mədəni irs nümunələrinin sayı 22-yə çatıb. Siyahıya yeni əlavə olunan bu ərazi ölkənin qərbində, Manisa vilayətində yerləşir.

Qədim dövrlərdə Lidiyalıların paytaxtı olmuş Sardis, dəmir dövrünün ən qüdrətli sivilizasiyalarından biri kimi tanınır. Xüsusilə zənginliyi və ilk metal pul sikkələrinin dövriyyəyə buraxılması ilə tarixə düşən bu şəhər, Anadolunun zəngin tarixi keçmişinin canlı şahidlərindəndir.

Sardisin yaxınlığında yerləşən Bintepə Kral Nekropolu isə dünyanın ən iri tümülüs qəbir komplekslərindən biri sayılır. UNESCO bu sahəni III saylı meyara əsasən Ümumdünya İrsi elan edib – bu meyar, Lidiyalıların yerli mədəniyyətini əks etdirən bənzərsiz arxeoloji və memarlıq sübutların mövcudluğunu nəzərə alır.

Bu son qərarla Türkiyə UNESCO-nun Ümumdünya İrsi Siyahısındakı mövqeyini bir qədər də möhkəmləndirmiş, özünün bəşəri dəyərə çevrilmiş zəngin tarixi və mədəni irsini dünya ictimaiyyətinə daha geniş miqyasda tanıtmağa davam etmişdir.

Lidiyalıların Paytaxtı Sardisin Şanlı İrsi

Tarixi e.ə. V-ci əsrə qədər uzanan Sardis, xüsusilə e.ə. VI-cı əsrdə Lidya Krallığının paytaxtı kimi tarixə adını qızıl hərflərlə yazdırıb. Lidiyalılar Anadolu mənşəli xalq olmaqla yanaşı, özlərinə məxsus dil və dini sistem formalaşdırmış, ilk qızıl və gümüş sikkələri dövriyyəyə buraxaraq dünya iqtisadiyyatında yeni bir mərhələnin əsasını qoymuşlar. Bu qədim şəhəri əhatə edən və o dövrdə Paktolos çayı kimi tanınan Sart çayı, ətraf əraziləri zəngin qızıl yataqları ilə bəxş etmiş, bunun nəticəsində isə Kral Kroisosun (Karunun) sərvəti dillərə dastan olmuşdur.

Əfsanəyə görə, toxunduğu hər şeyi qızıla çevirən sehrli gücə malik Frigiya kralı Midas da bu gücdən xilas olmaq üçün məhz bu çayın sularında əllərini yuyaraq lənətdən azad olmuşdur.

UNESCO-nun rəsmi məlumatında bildirilir:

“Sardis möhkəmləndirilmiş divarlar, terraslar və fərqli funksiyalara malik zonalardan – yaşayış sahələri, müqəddəs yerlər və qəbiristanlıqlardan – ibarət olan unikal şəhərsalma quruluşuna malik idi.”

Bu qədim şəhər öz memarlıq üslubu və mədəni irsi ilə seçildiyi halda, yaxınlığında yerləşən Bintepə Lidiya Tümülüsü isə dünyanın ən böyük qədim nekropollarından biri sayılır. Təxminən 7.500 hektarlıq geniş ərazini əhatə edən bu sahədə 119-dan çox kurqan tipli qəbir abidəsi yerləşir. Bu məzarlar təkcə arxeoloji dəyəri ilə deyil, həm də Lidiyalıların inanc və dəfn mədəniyyətini araşdırmaq baxımından əvəzsiz mənbədir.

E.ə. VI-cı əsrdə Lidya Krallığının süqutundan sonra da Sardis öz əhəmiyyətini qoruyub saxlamış və Əhəmənilər, yunanlar, romalılar və şərqi romalıların (Bizansın) hakimiyyəti dövründə də mühüm şəhər olaraq inkişaf etmişdir. Bu gün qədim şəhər ərazisində mükəmməl şəkildə qorunub saxlanılmış Roma dövrünə aid abidələr mövcuddur. Onların sırasında hamam-idman kompleksi, akropol və Artemida məbədi xüsusilə diqqət çəkir.

Sardisin seçildiyi başqa bir vacib xüsusiyyət isə onun dini əhəmiyyətidir. Burada qədim dünyanın ən böyük sinaqoqu yerləşir. Eyni zamanda, bu şəhər Anadolu ərazisində yerləşən Müqəddəs Vəhyin Yeddi Kilsəsindən birinə də ev sahibliyi edir. Bu kilsələr xristian dünyasında erkən dövr inancının yayılmasında mühüm rol oynamış, həm də Türkiyədəki ən vacib dini ziyarət marşrutlarından birinə çevrilmişdir.

Müqəddəs Kitabın Vəhy bölümünə görə, bu yeddi kilsəyə Müqəddəs Yəhya tərəfindən məktublar ünvanlanıb. Məktublarda icmalar mənəvi yenilənməyə çağırılır. Sardis kilsəsinə yazılan məktubda isə burada yaşayanlar zahirdə “canlı” görünsələr də, ruhən ölü olmaqda tənqid olunurlar.

FOTOLAR

Türkiyənin 22-ci UNESCO İrsi: Sardis və Bintepə — 1
Türkiyənin 22-ci UNESCO İrsi: Sardis və Bintepə — 2
Türkiyənin 22-ci UNESCO İrsi: Sardis və Bintepə — 3
Türkiyənin 22-ci UNESCO İrsi: Sardis və Bintepə — 4
Türkiyənin 22-ci UNESCO İrsi: Sardis və Bintepə — 5
Türkiyənin 22-ci UNESCO İrsi: Sardis və Bintepə — 6
Türkiyənin 22-ci UNESCO İrsi: Sardis və Bintepə — 7
XƏBƏR LENTİ
30 IYUL 2026
Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Bütün Xəbərlər