Turistik bölgələrdə yanğın riski: Hotellərdə təhlükəsizlik vəziyyəti necədir?

Turistik bölgələrdə yanğın riski: Hotellərdə təhlükəsizlik vəziyyəti necədir?
28.11.2025 17:40 Туризм

Son günlər Azərbaycanda və bir sıra digər ölkələrdə yanğın hadisələrinin artması bu cür fəlakətlərin qarşısının alınması üçün daha ciddi təhlükəsizlik tədbirlərinin görülməsini gündəmə gətirib. Xüsusilə də turistik bölgələrdə yerləşən mehmanxanalarda təhlükəsizliyin vəziyyəti müəyyən suallar doğurur.

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, turizm sektorunda təhlükəsizlik məsələləri daim prioritetdədir. 


Onun sözlərinə görə, insanların həyatına risk yaradan hər bir amil xüsusi diqqətlə nəzarət altında saxlanılmalıdır:

"Hotellərdə yanğın və digər fövqəladə hallar üzrə bütün risk daşıyan məsələlər nəzarətdədir. Müvafiq dövlət qurumları bununla bağlı mütəmadi yoxlamalar aparır. Azərbaycandakı hotellərin əksəriyyəti mövcud təhlükəsizlik standartlarına cavab verir. Yanğın balonlarının, ehtiyat çıxışların olması, yanğınsöndürmə iş bölgüsünün aparılması və siqnalizasiya sistemlərinin mütəmadi yoxlanılması əsas tələblərdəndir".

Ekspert əlavə edib ki, yanğın hadisələrində tələfatın əsas səbəbi çox zaman panika və düzgün təşkil olunmayan təxliyə olur:

“Xatırlayırsınızsa, bir neçə il əvvəl Batumidə baş verən yanğında da panika səbəbindən qonaqlar arasında ölənlər olmuşdu. Buna görə əsas diqqət işçi heyətinin peşəkarlığına yönəldilməlidir. Hotel əməkdaşları qonaqların panikasız, təhlükəsiz şəkildə təxliyəsini təmin etməlidir".

Ceyhun Aşurov qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq hotellərdə yoxlamalar keçirilir və təlimlər təşkil olunur. Həmçinin hazırda Dövlət Turizm Agentliyi və Hotellər Assosiasiyası tərəfindən aparılan hotellərin təsnifatlaşdırılması prosesində də təhlükəsizlik üzrə tələblər əsas meyarlardan biridir:

"Hotellər özləri də maraqlıdır ki, onların obyektlərində heç bir təhlükəli hal baş verməsin. Bu həm qonaqların təhlükəsizliyi, həm də hotelin imici üçün vacibdir".

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
20 августа 2026
Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Тревожный сигнал на будущее: рост населения в Азербайджане стремительно замедляется 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Сенсация в мире астрономии: обнаружена скрытая система возрастом 12,5 миллиардов лет! 12:21 НАТО приближается к белорусской границе: в Литве строится военный городок за 40 миллионов евро 11:59 МИД Азербайджана выразило соболезнования Центральноафриканской Республике 11:58 Всплыл тайный план Трампа: Как каждую ночь перевозится 10 миллионов баррелей нефти? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 Крупный церковный переворот в Ереване: «Гражданский договор» огласил план 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 В Израиле зафиксирован первый случай смерти от лихорадки Западного Нила 10:44 «Это конец путешествия!» — Култхард высказался о судьбе Зандворта в «Формуле-1» 10:28 «Белый дом скрывает свои долги!» — Аракчи раскрыл все карты! 10:24 Неожиданный поворот в трансфере Дарвина Нуньеса в самый последний момент! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Все новости