Trip.com Qrup və TGA strateji əməkdaşlığa başladı

Trip.com Qrup və TGA strateji əməkdaşlığa başladı
13.11.2025 11:43 Туризм

Trip.com Qrup və Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyi (TGA) arasında imzalanan yeni strateji əməkdaşlıq müqaviləsi ölkəni dünya səyahətçiləri üçün “Super Məkan” kimi mövqeləndirməyi hədəfləyir.

TodayPress TV xəbər verir ki, TGA-nın rəsmi açıqlamasına görə, bu tərəfdaşlıq Türkiyənin beynəlxalq turizm bazarındakı mövqeyini gücləndirəcək, eyni zamanda davamlı səyahət anlayışının təşviqinə və ölkənin mədəni, təbii irsinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edəcək.

Trip.com Qrupun məlumatına əsasən, bu il platformada Türkiyəyə uçuş biletlərinin sifarişi 38%, otel rezervasiyaları isə 16% artıb. Artımın əsas hissəsi Asiya ölkələrindən gələn turistlərin marağının yüksəlməsi ilə bağlıdır.

Yeni əməkdaşlıq çərçivəsində tərəflər həm səyahət əlaqələrinin artırılmasına, həm də Türkiyənin müxtəlif bölgələrinin turizm potensialının tanıdılmasına xüsusi önəm verəcəklər. Əməkdaşlığın məqsədi ölkənin mədəni zənginliyini, təbiət gözəlliklərini və dinamik turizm təcrübələrini, xüsusilə Asiya regionunda yeni auditoriyalara tanıtmaqdır. Artıq bu istiqamətdə maraq hiss olunur: Trip.com Qrupun məlumatına görə, 2025-ci ilin ilk yarısında Türkiyəyə gələn turistlər üçün uçuş bileti rezervasiyaları ötən ilin eyni dövrü ilə müqayisədə 38% artıb. Otel sifarişlərində isə 16%-lik artım qeydə alınıb. Ən çox sifariş edilən bazarlar arasında Böyük Britaniya, Almaniya və Çin ön sıralarda yer alır. Xüsusilə İndoneziyadan edilən rezervasiyalarda 178%-lik rekord artım müşahidə olunub.

Bu əməkdaşlıq Türkiyənin turizm hekayəsində yeni bir mərhələnin başlanğıcını qoyur – bu dəfə əsas diqqət məlumatlara, innovasiyaya və əməkdaşlığa yönəlib. Trip.com Qrup və Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyi (TGA) birgə şəkildə hava əlaqələrinin gücləndirilməsi, yerləşmə imkanlarının artırılması, eləcə də ölkədaxili turizm təcrübələrinin – görməli yerlər və turların zənginləşdirilməsi istiqamətində fəaliyyət göstərəcək.

Tərəflər eyni zamanda birgə brend kampaniyaları həyata keçirərək səyahətçiləri Türkiyənin müxtəlif bölgələrini kəşf etməyə ruhlandırmağı planlaşdırır. Kampaniyada İstanbulun tarixi silueti, Kapadokyanın nağılı xatırladan mənzərələri, Antalyanın sahilləri, İzmirin mədəni irsi və Türkiyə mətbəxinin dad dünyası ön plana çıxacaq.

Trip.com Qrup özünün güclü marketinq və texnologiya ekosistemindən istifadə edərək dünyanın milyonlarla potensial səyahətçisinə çatmağı hədəfləyir. Xüsusilə Çin, Honq-Konq, Yaponiya, Malayziya və İndoneziya kimi Asiya-Sakit okean bazarlarına fokuslanan təşəbbüs Asiya ilə Avropa arasında səyahət axınlarını artırmaq və Türkiyənin əsas çıxış bazarları ilə əlaqələrini daha da dərinləşdirmək məqsədi daşıyır.

Trip.com Qrupun Türkiyədə, o cümlədən İstanbul ofisində artan fəaliyyəti şirkətin yerli tərəfdaşlara dəstək vermək və ölkənin turizm ekosisteminin inkişafına uzunmüddətli töhfə vermək öhdəliyini bir daha təsdiqləyir.

Trip.com Qrupun Qlobal Strateji Əməkdaşlıq və Layihələr üzrə vitse-prezidenti Amanda Vanq bildirib ki, “Türkiyə, həqiqətən, hər şeyə sahib olan nadir məkanlardandır — gözəllik, mədəniyyət, tarix və heyranedici bir hekayə. TGA ilə əməkdaşlığımız bu hekayəni mənalı səyahət təcrübələrinə çevirmək məqsədi daşıyır. Bu baxışla, biz mədəni orijinallığı rəqəmsal yeniliklərlə birləşdirən premium səyahət marşrutları hazırlayırıq.

O əlavə edib ki, “Xüsusilə Asiyadan olan daha çox səyahətçinin Türkiyənin sehrini kəşf etməsinə kömək etməkdən və yerli tərəfdaşlarla birlikdə turizm sektorunda davamlı inkişafı təşviq etməkdən məmnunuq.”

Türkiyənin turizm cəlbediciliyini bir daha təsdiqləyən faktlardan biri də odur ki, İstanbul Trip.com Qrupun Trip.Best 2025 üçün Dünyanın Ən Yaxşı 100 Turizm Məkanı siyahısında yer alıb. Bu göstərici şəhərin dünyanın ən dinamik səyahət istiqamətlərindən biri kimi tanınmasını bir daha önə çıxarır.

Əməkdaşlıq dərinləşdikcə, tərəflər turizm sahəsində “məkan tərəfdaşlığının” yeni modelini formalaşdırmağı, davamlı inkişafı təşviq etməyi və səyahətçi təcrübələrini daha da təkmilləşdirməyi hədəfləyir. Trip.com Qrup artıq platformalarında GSTC sertifikatlı (dayanıqlı turizm üzrə beynəlxalq standartlara cavab verən) Türkiyə otellərinin nümayişini gücləndirməklə məsul və davamlı səyahət konsepsiyasına dəstək verir.

Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin baş direktoru Sinan Seha Türkseven isə bildirib ki, “BMT-nin Turizm Təşkilatının məlumatına əsasən, Türkiyə dünyanın 4-cü ən böyük turizm qəbul edən ölkəsidir. Biz Trip.com Qrup ilə bu əməkdaşlığı çox yüksək qiymətləndiririk, çünki bu şirkətin qlobal turizm sənayesində mühüm rolu var. Türkiyənin turizm istiqamətləri hər bir ziyarətçiyə unudulmaz təcrübə bəxş edir. Minilliklərə dayanan ortaq tariximizi nəzərə alaraq, xüsusilə Çinli səyahətçiləri daha çox qəbul etməyə böyük maraq göstəririk və onların gözləntilərinə cavab verən, unikal təcrübələr təqdim edə biləcəyimizə inanırıq.”

Trip.com Qrup  Trip.com, Ctrip, Skyscanner və Qunar brendlərini birləşdirən aparıcı qlobal səyahət xidmətləri şirkətidir. Şirkət öz platformaları vasitəsilə səyahətçilərə dünya üzrə səyahət məhsulları və xidmətlərini münasib qiymətlərlə, daha məlumatlı şəkildə rezervasiya etməyə imkan yaradır, eyni zamanda tərəfdaşlara öz təkliflərini istifadəçilərlə birləşdirmək üçün geniş səyahət məzmunu, resursları və inkişaf etmiş texnoloji infrastruktur təqdim edir.

1999-cu ildə təsis edilən Trip.com Qrup 2003-cü ildə NASDAQ-da, 2021-ci ildə isə Honq-Konq Birjasında (HKEX) listinqə daxil olub. Bu gün şirkət “daha gözəl dünya üçün mükəmməl səyahət axtarışında olmaq” missiyası ilə dünyanın ən tanınmış səyahət qruplarından birinə çevrilib.

ЛЕНТА НОВОСТЕЙ
20 августа 2026
Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Тревожный сигнал на будущее: рост населения в Азербайджане стремительно замедляется 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Сенсация в мире астрономии: обнаружена скрытая система возрастом 12,5 миллиардов лет! 12:21 НАТО приближается к белорусской границе: в Литве строится военный городок за 40 миллионов евро 11:59 МИД Азербайджана выразило соболезнования Центральноафриканской Республике 11:58 Всплыл тайный план Трампа: Как каждую ночь перевозится 10 миллионов баррелей нефти? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 Крупный церковный переворот в Ереване: «Гражданский договор» огласил план 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 В Израиле зафиксирован первый случай смерти от лихорадки Западного Нила 10:44 «Это конец путешествия!» — Култхард высказался о судьбе Зандворта в «Формуле-1» 10:28 «Белый дом скрывает свои долги!» — Аракчи раскрыл все карты! 10:24 Неожиданный поворот в трансфере Дарвина Нуньеса в самый последний момент! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Все новости