"Küçə sənətçiləri" layihəsində iştirak etmək üçün müsabiqə elan edilir

"Küçə sənətçiləri" layihəsində iştirak etmək üçün müsabiqə elan edilir
20.10.2025 10:54 Turizm

Dövlət Turizm Agentliyinin Bakı-Abşeron Regional Turizm İdarəsi "Küçə sənətçiləri" layihəsində iştirak etmək üçün müsabiqə elan edir. 

TodayPress TV xəbər verir ki, layihə Bakı şəhərinin mərkəzində 20 qalib iştirakçı üçün xüsusi ayrılmış çıxış yerlərində küçə sənətçilərinin öz istedadını və sənətini sərbəst şəkildə nümayiş etdirmələrinə dövlət dəstəyinin göstərilməsini nəzərdə tutur.

Layihənin əsas məqsədi müasir dünyada çox geniş yayılmış incəsənəti və biznesi özündə birləşdirən küçə sənətinin ("Street Performance") biznes aspektlərinin və müasir turizm tendensiyalarında formalaşan rolunun Azərbaycan gəncləri arasında düzgün təbliğinə nail olmaqla yanaşı, tursitlərin marağına səbəb ola biləcək yeni şəhər fəaliyyət növlərinin formalaşdırılmasına dəstək olmaqdan ibarətdir. 

Küçə sənəti vasitəsilə ifaçılıq, rəssamlıq, aktyorluq, dulusçuluq və ya toxuculuq sənətinə dair ustad çıxışlarını fərqli formatlarda turistlərə nümayiş etdirməklə həm Azərbaycan xalqının unikal milli-mədəni irsini təbliğ etmək, həm də ərsəyə gələn nümunələrin satışını həyata keçirməklə küçə sənətçiləri tərəfindən müəyyən iqtisadi gəlirlərin əldə edilməsinə dəstək olmaq layihənin məqsədlərindəndir. 

Layihənin müsabiqə mərhələsində qısa zaman çərçivəsində turistlərin diqqətini çəkə biləcək və onların marağına səbəb olacaq, eləcə də onların əylənməsinə şərait yaradacaq sənət növlərinin - akrobatika, şarlardan müxtəlif formalı əşyaların düzəldilməsi, karikaturalar, klounluq, komediya, rəqs, ifaçılıq, sehrbazlıq, mim, pantomim, canlı heykəl, musiqi performansları, solo ifaçılar, 2 və 3 nəfərlik kiçik qruplar, kuklaçılıq, hekayə, şeir və ya nəsr oxuyanlar, o cümlədən eskiz və rəssamlıq kimi küçə sənəti, fotoqraflıq, xalça toxuma, küçə teatrı və s. ilə məşğul olan sənətçilər mütəxəssis sənətşünaslar tərəfindən seçiləcək. Növbəti mərhələdə isə onlar müvafiq çıxış yerlərində yerləşdiriləcək və fəaliyyətlərinə nəzarət edilməklə sərbəst çıxış etmələri üçün şərait yaradılacaq.

Müsabiqənin seçim turu 2 mərhələdə keçiriləcək. 1-ci mərhələdə iştirakçıların onlayn olaraq təqdim etdikləri öz çıxışlarından ibarət 3 dəqiqəlik videoçarxlar mütəxəssislər tərəfindən müsbət və mənfi rəylər verilməklə qiymətləndiriləcək. Müsbət rəy alan namizədlər 2-ci – əyani mərhələdə iştirak edəcəklər. Müsabiqənin əyani seçim turunda isə qiymətləndirmə 10 ballıq şkala üzrə aparılacaq və müvafiq dayanma yerlərinin sayına uyğun olaraq ən yüksək bal toplamış sənətçilər qalib olub, növbəti 1 il ərzində layihədə iştirak etmək hüququ qazanacaqlar.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 20-30 oktyabr 2025-ci il tarixlərində aşağıda göstərilən telefon və elektron poçt vasitəsilə əlaqə yarada bilər.

Telefon: (+99412) 498 12 44

Elektron poçt: [email protected]

Linkə daxil olaraq müsabiqə qaydaları ilə tanış ola bilərsiniz.

https://tourism.gov.az/uploads/documents/kuc%C9%99_s%C9%99n%C9%99tcil%C9%99ri_musabiq%C9%99si_-_qaydalar.pdf

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 SON DƏQİQƏ: İran Ali Təhlükəsizlik və Müdafiə şurasının hazırda iclası keçirilir 22:44 Bütün Xəbərlər