İstanbulda Azərbaycanın rəsmi turizm nümayəndəliyi açıldı

İstanbulda Azərbaycanın rəsmi turizm nümayəndəliyi açıldı
10.12.2025 10:47 Туризм

Türkiyənin İstanbul şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisinin açılışı olub.

TodayPress TV Dövlət Turizm Agentliyinə (DTA) istinadən xəbər verir ki, açılış mərasimində Agentliyin sədri Fuad Nağıyev, İstanbul şəhərində Azərbaycanın baş konsulu Nərminə Mustafayeva, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid, eləcə də Türkiyə və Azərbaycanın turizm sənayesi və media nümayəndələri iştirak ediblər.

F. Nağıyev nümayəndəliyin fəaliyyətə başlamasının ölkələrimiz arasında əməkdaşlığın inkişafında yeni mərhələ olduğunu, ikitərəfli münasibətlərin sistemli və səmərəli şəkildə davam etdirilməsi üçün mühüm platforma rolunu oynayacağını, Azərbaycanın turizm brendinin Türkiyədə daha geniş tanıdılmasına töhfə verəcəyini bildirib.

O, türkiyəli ziyarətçilərin Azərbaycana marağının getdikcə artdığını və son 5 ildə ölkəmizə gələn xarici turistlər arasında türkiyəli ziyarətçilərin ikinci yeri tutduğunu qeyd edib.

Mədəni proqram ilə davam edən tədbir çərçivəsində, hər iki ölkənin turizm sənayesi nümayəndələri arasında turizm sahəsində regional əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu ilin 11 ayı ərzində Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı 416 mindən çox olub ki, bu da 2024-cü illə müqayisədə 7 % çoxdur.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Медина покинул «Карабах» 15:30 Увидев турка в Армении, люди реагировали негативно — ВИДЕО 15:18 Оскорбление мусульман от Джими: однажды мы вас расчленим и закопаем! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Подписанное в Шуше соглашение вызвало страх у русских и армян, увидев подпись Алиева… 14:36 Сделаем России хуже, чем в 1941-м: в Германии заговорили о возможном ударе 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Началась встреча глав МИД России и Турции 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Пашинян выдаст Кочаряна Баку? — НЕОЖИДАННЫЙ ПЛАН, взбудораживший Ереван 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Все новости