Antalyanın tematik parkları bu qış və yazda da qonaqlarını gözləyir

Antalyanın tematik parkları bu qış və yazda da qonaqlarını gözləyir
21.01.2026 12:00 Туризм

2026-cı ilə qədəm qoyduğumuz bu günlərdə, Türkiyənin turizm paytaxtı olan Antalya ailələr üçün ideal istirahət mərkəzinə çevrilib. “Euromonitor”un 2025-ci il reytinqinə görə dünyanın ən çox turist qəbul edən ilk 10 şəhərindən biri olan Antalya, qış və bahar tətili üçün əla fürsətlər təqdim edir.

Şəhər təkcə dənizi və sahilləri ilə deyil, həm də dünya səviyyəli əyləncə parkları və maraqlı attraksionları ilə diqqət çəkir. Burada hər yaşa uyğun əyləncə, yaradıcılıq və macəra bir araya gəlir. Həyəcan dolu karusellərdən tutmuş müxtəlif interaktiv oyunlara qədər geniş imkanlar təklif edən Antalya, ailələr və macəra sevərlər üçün hətta yay mövsümündən kənarda da tətili unudulmaz edir.

Əfsanələrin canlandığı məkan: “The Land of Legends”

Belek bölgəsində yerləşən “The Land of Legends” Türkiyənin ən böyük əyləncə mərkəzidir. Bura həm ailələr, həm də adrenalin həvəskarları üçün il boyu bitməyən bir həyəcan vəd edir.

Mərkəz öz qonaqlarına 62 metrlik məşhur “Hyper Coaster”dən tutmuş “Aqua Land”in su attraksionlarına, həmçinin “Nickelodeon Land” və “Maşa və Ayı”nın xəyali dünyalarına qədər hər yaşa uyğun unudulmaz əyləncələr təklif edir. Burada əyləncə həm gündüz, həm də gecə davam edir.

Bundan əlavə, “Kingdom Hotel”in xüsusi dizaynlı otaqları və “Nickelodeon Hotels & Resorts Antalya”nın əyləncəli lüks konsepti ilə “The Land of Legends” həm istirahəti, həm də əyləncəni mükəmməl şəkildə bir araya gətirir.

Dokumapark

Antalyanın Kepez rayonunda yerləşən Dokumapark, keçmiş tekstil fabrikinin ərazisində qurulub. Bura klassik karusellərdən fərqli olaraq, ziyarətçilərə daha çox yaddaşlara həkk olunacaq mədəni bir park təcrübəsi təqdim edir. Bərpa olunaraq yenidən həyat verilən bu ərazi muzeyləri, sərgi sahələrini, kafeləri və gəzinti yollarını vahid bir məkanda birləşdirir.

Parkın ən maraqlı hissələri arasında nostalji hisslər oyadan Oyuncaq Muzeyi, Türkiyənin tarixi abidələrinin 1:25 miqyasında kiçildilmiş maketlərindən ibarət 10.000 kvadratmetrlik açıq hava miniatür parkı və klassik avtomobillərin nümayiş olunduğu Avtomobil Muzeyi yer alır. İl boyu müxtəlif festival və emalatxanalara (workshops) ev sahibliyi edən Dokumapark, çimərlik günləri arasında dincəlmək üçün ideal bir mədəniyyət ocağıdır.

Su altındakı möcüzə: Antalya Akvariumu

Konyaaltı çimərliyinin addımlığında yerləşən Antalya Akvariumu, dünyanın ən böyük akvarium komplekslərindən biridir. Burada 40-dan çox tematik tank və akulaların, skatların, həmçinin balıq sürülərinin başınızın üstündən süzülərək keçdiyi 131 metrlik möhtəşəm tunel yer alır. Bu tunel insanda sanki dəniz dibində gəzirmiş kimi unikal bir hiss yaradır.

Akvariumla yanaşı, kompleksdə tropik üslublu “WildPark”, mənfi dərəcəli temperaturu ilə seçilən “Qar Dünyası və Buz Muzeyi” (Snow World & Ice Museum), qısa metrajlı “Oceanride XD” kinoteatrı və mum fiqurlar muzeyi də fəaliyyət göstərir. Kafeləri və mağazaları ilə il boyu qapalı məkanda əyləncə imkanı təqdim edən Antalya Akvariumu, Aralıq dənizinin sahilində bir neçə saatlıq maraqlı macəra vəd edir.

Quruda və suda yüksək enerji: Macəra Meşəsi, Aktur Lunapark və Hip-Notics

Əyləncəni quruda axtaranlar üçün Kepezdəki “Macəra Ormanı” (Macəra Meşəsi) şam ağacları ilə örtülü təpələrdə kəndir parkurları, ziplayn, dırmanma divarları, paintbol və macəra yolları ilə açıq havada əsl adrenalin bəxş edir. Şəhərin mənzərəsinə açılan hündür keçidlər və platformalar buranı aktiv istirahət sevərlər üçün mükəmməl məkana çevirir.

Konyaaltı bölgəsində yerləşən “Aktur Lunapark” isə attraksionları, qondolaları, qorxu evi və uşaq karuselləri ilə klassik karnaval həyəcanını yaşadır. Xüsusilə axşam saatlarında musiqi və rəngarəng işıqlarla canlanan park, nəhəng panorama çarxı ilə şəhər mənzərəsinə rəng qatır.

Antalya Beynəlxalq Hava Limanından təxminən 30 dəqiqəlik məsafədə yerləşən “Hip-Notics” Kabel Xizək Parkı isə dağ suları ilə qidalanan üç süni göldə il boyu su idmanı imkanı yaradır. 730 metrlik ana kabel sistemi və peşəkar triklər üçün nəzərdə tutulan infrastrukturu ilə bura həm yeni başlayanlar, həm də təcrübəli veykbordçular üçün ideal məkandır. Bir neçə saatlıq məşqi tam günlük macəraya çevirən bu park, nəzarət olunan, lakin dinamik bir mühit təklif edir.

Tropik sakitlik: Antalya Kəpənək Dünyası

2026-cı ilin fevral ayında açılması planlaşdırılan “Butterfly World Antalya” (Antalya Kəpənək Dünyası), təxminən 10.000 kvadratmetrlik ərazidə hüzur dolu bir tropik sığınacaq təqdim edəcək. Nəhəng şüşə konstruksiya altında minlərlə kəpənək yamyaşıl bitkilər, şəlalələr və gölməçələr arasında sərbəst şəkildə uçacaq.

Ziyarətçilər rəngarəng kəpənəklərin əhatəsində yağış meşələrindən ilhamlanmış zalları gəzə biləcəklər. Kompleksdə həmçinin quş bağçası, botanika zonaları, uşaqlar üçün yaradıcılıq emalatxanaları və ekoloji təhsil üçün nəzərdə tutulmuş açıq hava amfiteatrı da yer alacaq. Təbiətlə iç-içə təcrübə və biomüxtəlifliyə fokuslanan Kəpənək Dünyası, Antalyanın mərkəzində həm öyrədici, həm də rahatladıcı bir istirahət vəd edir.

2026-cı il irəlilədikcə Antalya sübut edir ki, bura sadəcə yay tətili məkanı deyil. Şəhər ailələrə həm yaz tətili, həm də ilin digər vaxtlarında unudulmaz təcrübələr təklif edir. Antalya yaradıcılığın inkişaf etdiyi, ənənələrin təzələndiyi, əyləncə və təbiətin Aralıq dənizi günəşinin istisi altında il boyu vəhdət təşkil etdiyi bənzərsiz bir məkandır.

ФОТО

Antalyanın tematik parkları bu qış və yazda da qonaqlarını gözləyir — 1
Antalyanın tematik parkları bu qış və yazda da qonaqlarını gözləyir — 2
Antalyanın tematik parkları bu qış və yazda da qonaqlarını gözləyir — 3
Antalyanın tematik parkları bu qış və yazda da qonaqlarını gözləyir — 4
Antalyanın tematik parkları bu qış və yazda da qonaqlarını gözləyir — 5
Antalyanın tematik parkları bu qış və yazda da qonaqlarını gözləyir — 6
Antalyanın tematik parkları bu qış və yazda da qonaqlarını gözləyir — 7
ЛЕНТА НОВОСТЕЙ
20 августа 2026
Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Тревожный сигнал на будущее: рост населения в Азербайджане стремительно замедляется 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Сенсация в мире астрономии: обнаружена скрытая система возрастом 12,5 миллиардов лет! 12:21 НАТО приближается к белорусской границе: в Литве строится военный городок за 40 миллионов евро 11:59 МИД Азербайджана выразило соболезнования Центральноафриканской Республике 11:58 Всплыл тайный план Трампа: Как каждую ночь перевозится 10 миллионов баррелей нефти? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 Крупный церковный переворот в Ереване: «Гражданский договор» огласил план 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 В Израиле зафиксирован первый случай смерти от лихорадки Западного Нила 10:44 «Это конец путешествия!» — Култхард высказался о судьбе Зандворта в «Формуле-1» 10:28 «Белый дом скрывает свои долги!» — Аракчи раскрыл все карты! 10:24 Неожиданный поворот в трансфере Дарвина Нуньеса в самый последний момент! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Все новости