Yeni era başlayır: Hemilton Ferrari ilə ilk sınaqlardan danışdı

Yeni era başlayır: Hemilton Ferrari ilə ilk sınaqlardan danışdı
28.01.2026 12:20

“Formula-1”in yeddiqat dünya çempionu, britaniyalı pilot Lyuis Hemilton Barselonada “Ferrari” bolidi ilə keçirdiyi mövsümöncəsi testlərin ilk gününü dəyərləndirib.

TodayPress TV “Sky Sports”a istinadən xəbər verir ki, Hemilton hava şəraitinin çətinliyinə baxmayaraq, komandanın vacib məlumatlar topladığını bildirib:

“İlk gün gərgin keçdi, amma məhsuldar oldu. Xüsusilə hava şəraiti işimizi çətinləşdirirdi. Buna baxmayaraq, bolidlə kifayət qədər məsafə qət etdik və çoxlu faydalı məlumat topladıq. Qaydaların köklü şəkildə dəyişdiyi bir dövrdə bu çox vacibdir. Heç bir ciddi problem yaşanmadı və bu da növbəti günlərdə öyrənməyə və inkişaf etməyə davam etmək üçün bizə möhkəm əsas verir”, - deyə Hemilton test təəssüratlarını bölüşüb.

Qeyd edək ki, 26–30 yanvar tarixlərində Barselona avtodromunda “Formula-1” üzrə mövsümöncəsi testlər keçirilir. 11 komandadan 10-u testlər üçün İspaniyaya yollanıb.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Все новости