Yankoviçdən ayrılıq mesajı? “Yaxşı təklif olarsa…”

Yankoviçdən ayrılıq mesajı? “Yaxşı təklif olarsa…”
06.01.2026 14:11

“Yaxşı təklif olarsa, klubun mənə anlayışla yanaşmasını istərdim”.

TodayPress TV xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun futbolçusu Marko Yankoviç “Mozzart Sport” portalına müsahibəsində deyib.

Monteneqrolu yarımmüdafiəçi bildirib ki, “Qarabağ” klubu onu Monteneqro millisindəki çıxışları zamanı, xüsusilə Marko Veşoviçi izləyərkən tanıyıb. Yankoviç həmin dövrdən etibarən Ağdam təmsilçisinin ciddi sistemi və aydın prinsipləri olan klub olduğunu bildiyini qeyd edib.

Futbolçu baş məşqçi Qurban Qurbanov haqqında da yüksək fikirlər səsləndirib:

“Onun haqqında kitab yazmaq olar. Ambisiyası, zəhmətkeşliyi və sistemli işi futbolçulara da ötürülür. ‘Qarabağ’ hər kəs üçün olan klub deyil, amma Qurban Qurbanovun oyun fəlsəfəsini qəbul edənlər nəticə qazanır”.

Marko Yankoviç son illərdə “Qarabağ”ın Avropa arenasında populyarlığının xeyli artdığını vurğulayıb. Bununla yanaşı, o, daxili çempionat oyunlarında tribunalarda azarkeş sayının nisbətən az olmasına da diqqət çəkib.

Monteneqrolu yarımmüdafiəçinin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Yankoviç gələcək karyerası ilə bağlı da danışıb:

“Ən uzun dövrümü bu klubda keçirmişəm. Əgər yaxşı təklif olarsa, klubun mənə anlayışla yanaşmasını istərdim. ‘Qarabağ’dan qalib kimi ayrılmaq, yaddaşlarda uğurlarla qalmaq istəyirəm”.

Qeyd edək ki, 2022-ci ildən “Qarabağ”ın formasını geyinən Marko Yankoviçin digər klublardan təkliflər alması ilə bağlı son günlər mətbuatda xəbərlər yayılıb.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 Все новости