UEFA Konfrans Liqası: "Qarabağ" pley-offa yüksəldi - VİDEO
"Qarabağ" UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksəlib.
TodayPress TV xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın "Dinamo" (Kiyev) kollektivini qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
12-ci dəqiqədə Jali Muaddib hesabı açıb. 69-cu dəqiqədə Aleksey Kaşuk fərqlənib.
Beləliklə, Polşadakı ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzan "Qarabağ" UEFA Avropa Liqasında pley-offa yüksəlib.
"Köhlən atlar" bu raundda "Tvente" (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
xxx
"Qarabağ" - "Dinamo Kiyev" oyununda ikinci qol vurulub.
TodayPress TV xəbər verir ki, 69-cu dəqiqədə Aleksey Kaşuk hesabı 2:0 edib.
***
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Dinamo" (Kiyev, Ukrayna) oyununda ikinci hissə başlayıb.
TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi hesabda öndədir - 1:0.
12-ci dəqiqədə Jali Muaddib fərqlənib.
***
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Dinamo" (Kiyev, Ukrayna) oyununda ilk hissə başa çatıb.
TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb - 1:0
12-ci dəqiqədə Jali Muaddib fərqlənib.
***
"Qarabağ" - "Dinamo Kiyev" oyununda hesab açılıb.
TodayPress TV xəbər verir ki, 12-ci dəqiqədə Jali Muaddib ağdamlıları irəli çıxarıb.
***
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Dinamo" (Kiyev, Ukrayna) oyunu başlayıb.
TodayPress TV xəbər verir ki, matç Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Qarşılaşmanın baş hakimi ingiltərəli FIFA referisi Stüart Attuelldir.
Xatırladaq ki, komandalar arasında Polşada baş tutan ilk oyun Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
III təsnifat mərhələsində üstün olan tərəf pley-off-da "Tvente" (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.