Transferlər, narazılıq və boykot: Ronaldu qalmaqalı böyüyür

Transferlər, narazılıq və boykot: Ronaldu qalmaqalı böyüyür
03.02.2026 10:07

Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatında “Ər-Riyad”a qarşı keçiriləcək oyunda “Əl-Nəsr”in heyətinə daxil edilməyib. Klubun rəsmi açıqlaması qərarın texniki səbəblərlə bağlı olduğunu bildirsə də, hadisə fonunda yayılan boykot iddiaları məsələyə fərqli rakursdan baxmağa əsas verir.

Portuqaliyanın nüfuzlu A Bola nəşrinin yaydığı məlumata görə, Ronaldu Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) klublara yanaşmasından narazıdır. Xüsusilə də eyni fondun nəzarətində olan “Əl-Hilal” və digər aparıcı klublarla müqayisədə “Əl-Nəsr”in daha zəif idarə olunduğunu düşünür.

Ronalduya yaxın mənbələrin iddiasına əsasən, əsas narazılıq transfer siyasəti ilə bağlıdır. Ulduz futbolçu hesab edir ki, komanda “transfer pəncərəsi” dövründə titul uğrunda mübarizə aparacaq səviyyədə gücləndirilməyib. Bu isə birbaşa çempionluq yarışında “Əl-Hilal”la fərqin açılmasına səbəb ola bilər.

Səudiyyə Ərəbistanı mətbuatının məlumatına görə, “Əl-Nəsr” klubu rəhbərliyi ölkə çempionatında “Ər-Riyad”la keçirilən oyundan (1:0) əvvəl və sonra futbolçuların və baş məşqçi Jorje Jezujun fləş-müsahibə zonasına çıxmasına icazə verməyib. Bu vəziyyət klub rəhbərliyindən narazı olan və “Ər-Riyad”la oyunda meydana çıxmaqdan imtina edən portuqaliyalı hücumçu Kriştiano Ronaldonun boykotu fonunda baş verib. Portuqaliyalı mütəxəssis “Ər-Riyad”la görüşdən sonra keçirilən mətbuat konfransında da iştirak etməyib. Jorje Jezuj oyundan sonra açıqlama verməməsinə görə üzr istəyib. Bu hadisəyə görə klubun yüksək məbləğdə cərimələnəcəyi gözlənilir.

Hazırda “Əl-Nəsr” XIX turdan sonra 46 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Əl-Hilal”dan cəmi 1 xal geri qalır. Belə kritik mərhələdə Ronaldunun heyətdən kənarda qalması həm idman, həm də idarəetmə müstəvisində suallar doğurur.

Qeyd edək ki, Ronaldu karyerası boyunca yalnız meydanda deyil, klubdaxili qərarlarda da söz sahibi olan futbolçulardan olub. Onun “Əl-Nəsr”dəki mövqeyi də sıradan ulduz statusundan daha genişdir. Bu səbəbdən boykot xəbərləri təkcə bir oyunu deyil, klubun gələcək strategiyasını da gündəmə gətirir.

Namiq HUN

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 В Азербайджане создадут единый орган в сфере медиа 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 Определится соперник «Карабаха» в Лиге Европы 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Москва под ударом: украинские дроны атаковали столицу — ВИДЕО 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 Все новости