Tramp Mundialın püşkatma tarixini açıqladı

Tramp Mundialın püşkatma tarixini açıqladı
23.08.2025 11:45 İdman

ABŞ Prezidenti Donald Tramp 2026-cı il dünya çempionatının qrup mərhələsinin püşkatma mərasiminin dekabrın 5-də Vaşinqtondakı Con Kennedi adına İfaçılıq Sənəti Mərkəzində keçiriləcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, o, FİFA prezidenti Canni İnfantino ilə görüşü zamanı bildirib.

“Bu il dekabrın 5-də 2026-cı il dünya çempionatının püşkatma mərasimi məhz burada, Vaşinqtondakı Kennedi Mərkəzində keçiriləcək”, - Tramp deyib.

Canni İnfantino ABŞ prezidenti Donald Trampa dünya çempionatının final oyununun ilk biletini təqdim edib.

İsveçrəli funksioner Ağ Evdə böyük ölçülü bileti təqdim edərkən “Əlbəttə, birinci sıra, birinci yer. Biletin nömrəsi 45/47-dir (Tramp ABŞ-ın 45-ci və 47-ci prezidenti olduğuna görə – red.)” deyib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Mundialın final matçı Nyu-Cersi ştatının İst-Razerford şəhərindəki “MetLife Stadium”da baş tutacaq.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUN 2026
Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Bütün Xəbərlər