Tarixi qərar astanasında - Lebronun mümkün qayıdışı gündəmdə

Tarixi qərar astanasında - Lebronun mümkün qayıdışı gündəmdə
19.02.2026 09:32

“Los-Anceles Leykers” klubunun ulduz basketbolçusu Lebron Ceymsin gələn yay “Klivlend Kavalyers”ə mümkün qayıdışının əsas şərtləri açıqlanıb. 

TodayPress TV xəbər verir ki, bu barədə ESPN-in Şimali Amerika üzrə jurnalisti və insayderi Brayan Uindhorst danışıb.

Onun sözlərinə görə, basketbolçu minimal müqaviləyə razılaşacağı halda transfer demək olar ki, qaçılmaz ola bilər.

Uindhorst bildirib ki, əgər Lebron sağlam olsa, geri qayıtmaq istəsə və minimal maaşla razılaşsa, bu transferin baş tutma ehtimalı “99 faiz” səviyyəsindədir.

Qeyd edək ki, 2026/2027 mövsümündə 10 ildən çox NBA təcrübəsi olan veteran oyunçu üçün minimal maaş 3,9 milyon dollar təşkil edəcək. Müqayisə üçün, hazırkı müqaviləsinə əsasən Lebron “Leykers”də ildə 52,6 milyon dollar qazanır.

Bu isə o deməkdir ki, doğma klubu sayılan “Klivlend”ə qayıtmaq üçün basketbolçu təxminən 49 milyon dollara yaxın maaş azaldılmasına razılaşmalı olacaq.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 Иранские беспилотники атаковали правительственный объект в Кувейте 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 «Нефтчи» стартовал на Токийском этапе с победы над США 13:10 Объявлен прогноз погоды на воскресенье 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Гражданам этих стран разрешен безвизовый въезд в Азербайджан 12:18 Народный поэт Нариман Гасанзаде завтра будет похоронен на I Аллее почётного захоронения 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Брат Байрама убил их мать 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Глава государства поздравил Президента Швейцарии 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Россия подвергла Киев ракетному обстрелу — есть погибшие 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 На страницах Президента Ильхама Алиева в социальных сетях была опубликована публикация, посвященная Дню азербайджанского алфавита и азербайджанского языка 09:26 Скончался народный поэт Нариман Гасанзаде 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Все новости