Superkubok həyəcanı! Vitinya “Aston Villa” qarşısında PSJ-yə güvənir

Superkubok həyəcanı! Vitinya “Aston Villa” qarşısında PSJ-yə güvənir
12.08.2026 10:55

PSJ-nin portuqaliyalı yarımmüdafiəçisi Vitinya UEFA Superkubokunda “Aston Villa” ilə keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

TodayPress TV PSJ-nin rəsmi saytına istinadən xəbər verir ki, futbolçu İngiltərə təmsilçisi ilə qarşılaşmanın çətin keçəcəyini bildirib.

“Yeni mövsümün başlamasına baxmayaraq, “Aston Villa”nın necə komanda olduğunu hamımız bilirik. Bu komandaya qarşı oynamaq həmişə çətindir. İki il əvvəlki cavab oyununu xatırlayıram. Bu, xüsusilə ikinci hissədə ağır qarşılaşma idi.

Bizi nə qədər çətin oyunun gözlədiyini anlayırıq. Eyni zamanda bilirik ki, karyerada Superkubokda oynamaq imkanı çox tez-tez yaranmır.

Dünya çempionatından sonra istirahət etmək üçün vaxtımız oldu. İndi oynamağa hazırıq. Mövsümə tədricən daxil olmalıyıq. Hazırda bütün fikirlərimiz Superkubok matçına yönəlib”, – deyə Vitinya Superkubok oyunu barədə danışıb.

Qeyd edək ki, “PSJ” – “Aston Villa” qarşılaşması bu gün, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
12 августа 2026
Azərbaycanda işsizlərin sayı artdı 11:17 В Азербайджане подорожали квартиры 11:45 Bəzi yerlərdə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA 11:40 ADY: Naxçıvanın Ermənistanla sərhədindən ilk 7 kilometrlik sahədə tikinti işləri aparılır 11:22 Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım 11:49 Qara dənizdə Rusiyayanın iki dron vuruldu - VİDEO 11:14 Azərbaycanın Latviyadakı səfiri geri çağırıldı, yenisi təyin olundu 11:29 Azərbaycanın İsveçdəki səfiri dəyişdirildi 11:26 США сказали «стоп», Зеленский отступил 11:13 Mourinyo-Qvardiola gərginliyi yenidən gündəmdə: filmə belə düşmədi 10:50 37 человек возвращены из Германии в Азербайджан — ГМС 10:45 Superkubok həyəcanı! Vitinya “Aston Villa” qarşısında PSJ-yə güvənir 10:48 Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə oldu 10:17 Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı 09:58 Avropada daha bir zəfər! “Sabah” Azərbaycana xal qazandırdı 10:34 Выделено 258 миллионов манатов Нахичевани — Президент подписал распоряжение 10:24 “Bu uşaqlar çox pisdirlər!” Bred Pitt futbolçuları tənqid etdi 10:19 XİN-dən gənclərə təbrik: “Böyük qürur hissi doğurur” 09:46 Признание от Трампа: «Что они говорят, то я и делаю» 09:45 İngiltərə futbolunda iz qoyan qadın hakim karyerasını bitirir 10:03 Трамп: «Я не верю Ирану» 08:46 6 тысяч болельщиков, один кубок, великая битва! Эмери настроен на матч с «ПСЖ» 09:54 Массированная атака БПЛА на Севастополь 09:34 Bundesliqada inanılmaz start! Yeni top məhsuldarlığı artırıb 09:26 Азербайджанская нефть подорожала 09:24 Все новости