Rusiyanın məşhur fiqurlu konkisürəninin oğlu Azərbaycan millisində

Rusiyanın məşhur fiqurlu konkisürəninin oğlu Azərbaycan millisində
07.06.2026 12:10

Rus prodüser Yana Rudkovskayanın oğlu, fiqurlu konkisürən Aleksandr Plyuşenko növbəti beş il ərzində beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcək.

TodayPress TV xəbər verir ki, Rudkovskaya bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Onun sözlərinə görə, Aleksandr Plyuşenko yeni qaydalar qüvvəyə minməzdən əvvəl beş il müddətinə Azərbaycanın idman vətəndaşlığını alıb.

“Saşa Plyuşenko beş il müddətinə Azərbaycan pasportu alıb. Bu, idman vətəndaşlığıdır. Niyə məhz beş il? Çünki beş ildən sonra Saşa yeniyetmələr kateqoriyasından böyüklər kateqoriyasına keçəcək. Bu, 2031-ci ildə baş verəcək. Saşa 2030-cu il Olimpiadasında iştirak etməyəcək, çünki hələ çox kiçikdir”, – deyə Rudkovskaya bildirib.

Xatırladaq ki, mayın 21-də mediada Aleksandr Plyuşenkonun idman vətəndaşlığını dəyişdiyi barədə məlumat yayılmışdı.

Aleksandr Plyuşenko indiyədək rəsmi turnirlərdə az iştirak edib. O, 2025-ci il yanvarın 25-də öz kateqoriyasında yeganə iştirakçı olaraq yarışın qalibi olub və iki proqramın yekununa əsasən 160,69 xal toplayıb.

Həmin ilin fevralında keçirilən S.A. Juk Memorialı – uşaqlar arasında Rusiya birinciliyində isə 18-ci yeri tutub.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ферстаппен положил конец слухам вокруг “Red Bull” 17:30 Эмоциональное прощание Рэшфорда: «Я наслаждался каждым мгновением» 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 СРОЧНАЯ НОВОСТЬ: Инцидент в районе порта Имама Хомейни 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Эдди Хау со слезами на глазах попрощался с «Ньюкаслом» 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Президент Ильхам Алиев находится с визитом в Кыргызстане 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 В этих районах не будет света 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Иракский министр спровоцировал кризис с подписью на встрече с Эрдоганом — за этим обнаружился след иранской разведки 15:54 Все новости