Ronaldu ən yaşlı meydan oyunçusu OLDU

Ronaldu ən yaşlı meydan oyunçusu OLDU
17.06.2026 22:20

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu dünya çempionatları tarixində start heyətində meydana çıxan ən yaşlı meydan oyunçusu olub.

TodayPress TV xəbər verir ki, 41 yaş 132 günlük hücumçu ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatının qrup mərhələsinin I turunda Konqo Demokratik Respublikası yığmasına qarşı matça start heyətində başlayıb.

Beləliklə, Ronaldu mundiallar tarixində start heyətində yer alan ən yaşlı meydan oyunçusu rekordunu yeniləyib. Bu göstəricidə onu yalnız Misir millisinin sabiq qapıçısı Essam Əl-Hadari qabaqlayır. Təcrübəli qolkiper 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında Səudiyyə Ərəbistanı ilə oyunda 45 yaş 161 günlüyündə meydana çıxmışdı.

Qeyd edək ki, Kriştianu Ronaldu karyerası ərzində beş dəfə UEFA Çempionlar Liqasının qalibi olub. O həmçinin Avropa çempionu və UEFA Millətlər Liqasının ikiqat qalibidir. Portuqaliyalı futbolçu milli komandalar tarixində ən çox qol vuran oyunçu rekordunun sahibidir.

Hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən futbolçu daha əvvəl "Sportinq" (Portuqaliya), "Mançester Yunayted" (İngiltərə), "Real" (İspaniya) və "Yuventus" (İtaliya) komandalarının formasını geyinib. O, karyerası ərzində beş dəfə "Qızıl top" mükafatına layiq görülüb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
18 июня 2026
"Neftçi SOCAR" klubu Orlean mərhələsinin qalibi oldu 00:16 Tramp İranla razılaşmadan sonrakı planlarını AÇIQLADI 23:59 "Səbail"in yeni prezidenti müəyyənləşdi 23:32 Hörmüz boğazında vəziyyət dəyişir: Tehran yeni detallar açıqladı 23:22 Bu dəfə ölkə birinciləri onlardır - FOTOLAR 23:13 Yəmən sahillərində gəmiyə silahlı hücum edildi 23:13 ABŞ–İran sazişinin detalları açıqlandı: 14 maddəlik memorandum dərc edildi 23:11 DÇ-2026: Portuqaliya-Konqo oyununda qalib müəyyənləşmədi 23:04 "HƏMAS"ın daha bir komandiri ÖLDÜRÜLDÜ 22:17 Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir? 22:41 DÇ-2026 ilə bağlı 16 ton saxta forma müsadirə edildi 20:50 Ağır qəzada həlak olan Məryəmin orqanları altı nəfərə həyat verdi - VİDEO 22:33 Putin Fidanı dərhal qəbul etdi: Bağlı qapılar arxasından Zelenskiyə minnətçi düşdülər 22:25 Ronaldu ən yaşlı meydan oyunçusu OLDU 21:46 "Qarabağ" Bruno Lanqanı transfer etdi 22:05 Aİ sammiti öncəsi Ukrayna planı: Meloni yeni nümayəndə irəli sürməyə hazırlaşır 21:28 Ağ Ev lideri iki ölkəyə təşəkkür etdi 21:25 Fransa hökuməti ittiham olundu - Səbəb nədir? 21:18 ABŞ–İran anlaşması bir addımlıqda: Pakistan və Türkiyə prosesə dair fikir mübadiləsi apardı 21:18 Danışıqlar uğursuz olarsa nə baş verəcək? - Tramp açıqladı 20:25 Qaydaları pozduqlarına görə 12 nəfər imtahandan xaric olundu 20:22 İran və ABŞ arasında saziş bu tarixdə imzalana bilər - Tramp açıqladı 20:45 Tramp: "Rusiyaya qarşı yeni sanksiyalar neftin qiymətindən asılı olacaq" 20:01 ADSEA-dan su ehtiyatları ilə bağlı vacib XƏBƏRDARLIQ 20:10 Qəbul imtahanında maksimum nəticə göstərən şagirdlərin adları açıqlandı 20:30 Все новости